Universitet Elmi Şurasının 28 dekabr 2021-ci tarixli (pr.№08) iclasının qərarına əsasən və Rektorluğun 06.01.2021-ci il tarixli 5/03 saylı əmri ilə “Həndəsə və Cəbr” kafedarsının “İnformatika” kafedrasına qoşulması yolu ilə yeni kafedra yaradılmışdır.
Yeni yardılan kafedra “İnformatika və cəbr” adlandırılmışdır. 28.12.2021-ci il tarixdən “İnformatika və cəbr” kafedrasnın müdiri vəzifəsinə həmin kafedranın dosenti Cabbarov İlqar Şikar oğlu təyin olunmuşdur.
“İnformatika və Cəbr” kafedrası iki müstəqil yaranma tarixi olan kafedraların bazasında yaradılmışdır. Bunlardan “Həndəsə və Cəbr” kafedrası daha yaşlı, “İnformatika” kafedrası isə nisbətən gəncdir.
1939-cu ildən 1951-ci ilədək Kirovabad (indiki Gəncə) şəhərində Kirovabad Dövlət Pedaqoji İnstitutunda yeganə kafedra fəaliyyət göstərmişdir-riyaziyyat kafedrası. Tələbə qəbulunun artaraq, 100 nəfərə çatması ilə əlaqədar olaraq, ixtisas kafedrası əməkdaşlarının sayının artırılması zərurəti yaranır. 1951-1952 tədris ilində riyaziyyat kafedrası iki kafedraya ayrılır: riyazi analiz və ali cəbr kafedraları (4 ştat vahidi) və həndəsə və elementar riyaziyyat kafedrası (3 ştat vahidi). Həndəsə və elementar riyaziyyat kafedrasının müdiri Atayev Ağa Zeynalabdin oğlu təyin olunur. Müəllim heyəti bir baş müəllim və bir müəllimdən ibarət olur.
Riyazi analiz və ali cəbr kafedrasının müdiri isə baş müəllim Əbdülkərimov Kərim təyin olunur. Müəllim heyəti dosent Əzimov Musa Əli oğlu və iki baş müəllimlərdən ibarət olmuşdur. 1968-69 tədris ilinədək bu kafedranın heyəti 49 nəfərə çatmışdır.
Azərbaycan SSR Ali və Orta Təhsil Nazirinin №384 saylı 8 dekabr 1968-ci il tarixli əmri ilə 1969-70-ci tədris ilindən etibarən fəaliyyət göstərən iki kafedranın bazasında üç müstəqil kafedra yaradılır ki, bunlardan biri “Həndəsə və Ali Cəbr” kafedrası adlandırılır. Müəllim heyəti 1 elmlər namizədi-dosentdən, 5 baş müəllim, 2 müəllim, 3 asistentdən (cəmi 11 nəfər). Kafedra müdiri dosent Atayev Ağa Zeynalabdin oğlu təyin olunmuşdur (1979-cu ildə vəfat etmişdir). 1984-85 tədris ilinədək kafedranın heyəti 5 elmlər namizədi dosent, 2 elmlər namizədi dosent əvəzi, 3,5 ştat baş müəllim, 0,5 ştat stajşı müəllim, 1 baş laborant,, 3 laborant və 1 prepapatoradək artmışdır.
1971 -ci ildən 1977-ci ilədək kafedraya dosent Hacıbəyov Qafarşah Şamxal oğlu rəhbərlik etmişdir.
1984 -ci ildən 1999 -cu ilədək kafedra müdiri dosent Quliyev Vəliyəddin Ağabala oğlu olmuşdur.
2000-ci ildən 2010-cu ilədək kafedra müdiri dosent Nəsrullayev Nüyvər Loğman oğlu olmuşdur. A.Ağayevdən sonra N.Nəsrullayev kafedranın profili üzrə kafedra müdiri olan dosent olmuşdur. Ali həndəsə, anlitik həndəsə və diferensial həndəsə fənlərinin tədris etmişdir. O, “Psevdoevklid fəzasının diferensial həndəsəsi haqqında” adlı namizədlik dissertasiyasını 1974-cü ildə Kazan Dövlət Universitetində professor Şirokovun rəhbərliyi altında müdafiə etmişdir.
2011-ci ildən indiyədək kafedra müdiri dosent Cabbarov İlqar Şikar oğludur. Cəbr və ədədlər nəzəriyyəsi, ədədi sistemlər, cəbrin bəzi məsələləri fənlərini tədris etmişdir. O, 1988-ci ildə kafedranın profilinə uyğun namizədlik dissertasiyasını SSRİ EA V. A. Steklov adına Riyaziyyat İnstitutunda müdafiə etmişdir. Dissertasiya mövzusu “L-funksiyaların sıfırları və orta qiymətləri”, elmi rəhbəri professor Karatsuba A. A. olmuşdur.
“İnformatika” kafedrasının yaranması bu istiqamətdə Riyazi analiz kafedrasında artan tədris yükü və kafedrara nəzdində «Nairi-3» markalı elektron hesablama maşınının (1978-ci ildə alınmışdı) olması ilə bağlı aparılan tədris -metodiki işlərin həcminin artması, bu istiqamətdə ixtisaslaşmış heyətin sayının çoxalması ilə əlaqədar olmuşdur. Kafedranın yaradıcıarından biri – Rasim Əhədov 1992-ci ildə Riyazi analiz kafedrasının dosenti idi və İnformatika ilə bağlı fənləri tədris edir və bu istiqamətdə metodik vəsaitlər çap etdirirdi.
Riyazi Analiz kafedrasında laboratoriya müdiri Eldar Abbasov illər öncə SSRİ EA-nın Hesablama Mərkəzində çalışmış təcrübəli kadr kimi Riyazi analiz kafedrasında «Nairi-3» markalı elektron hesablama maşınında 1978-ci ildən işləmiş və bu sahə üzrə xeyli təcrübə əldə etmişdi.
1992-ci ilin sentyabr ayında «İnformatika və hesablama texnikası» kafedrasının yaradılması məqsədi ilə «İnfobaza» yaradıcı qrupu təsis olundu.
1992-ci ilin dekabrında Universitetə 10 yeni ES 1841 (IBM XT) markalı fərdi kompüter alındı və «İnfobaza» yaradıcı qrupuna verildi.
1994-cü ildə «İnfobaza» yaradıcı qrupun bazası əsasında «İnformatika və hesablama texnikası» kafedrası yaradıldı.
Kafedraya rəhbərlik dosent R.Ə.Əhədova tapşırıldı.
Kafedra yarandıqdan sonra tədrisi günün tələblərinə uyğun səviyyədə təşkil etmək üçün müasir kompüterlərin alınmasına diqqət yetirilmiş və IBM 586 və Pentium I kompüterlər alınmışdı.
2005-2009-cu illərdə kafedranın adı dəyişdirilərək, “İnformatika” kafedrası adlandırıldı və müdiri dosent Ziyad Bəbir oğlu Səfərov təsdiq olundu.
2009-2021-ci illərdə kafedra müdiri dosent Əkrəm Əhməd oğlu Aslanov olmuşdur.