“Qeyri müəyyən inteqral. Qeyri-müəyyən inteqralın xassələri” mövzusunda açıq dərs keçirildi

15 noyabr 2024-cü il tarixdə Riyazi analiz kafedrasının baş müəllimi Səbinə İbrahimovanın Kompüter elmləri 1-ci kursunda Riyazi analiz-1 fənnindən açıq mühazirə dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Qeyri müəyyən inteqral. Qeyri-müəyyən inteqralın xassələri. İnteqrallama üsulları. Sadə rasional kəstrlərin inteqrallanması”dır.

Ümumi nəzəriyyəni tələbələrin nəzərinə çatdırmaq və inteqralın tapılması üsulunun mahiyyətini göstərməkdən ibarətdir. Mühazirə dərsi qoyulan plana uyğun ardıcıllıqla, tələbələrin iştirakı ilə izah olunmuş və xüsusi qeydlər aparılmışdır. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, Riyazi analiz kafedrasının müdiri prof.O.Rzayev, e.d., dos.S.Q.Həsənov, dos.T.Məmmədov, t.f.d.,b.m.N.Bəşirova, müəllim B.Vəliyeva və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.