İnformatika

Sahib Tofiq oğlu Hüseynov

Fizika-Riyaziyyat Elmlər namizədi, İnformatika kafedrasının dosenti
E-mail: huseynovsahib@gmail.com

QISA BIOQRAFIK MƏLUMAT
24.03.1959 tarixində anadan olub.
1966 – 1976 illərdə orta məktəbdə oxuyub.
1976 – 1982-ci illərdə Bauman adına Moskva Dövlət Texniki Məktəbin (hal-hazırda Rus dilində həmin ali texniki məktəbin adı belədir – Московский Государственный Технический Университет имени Баумана (МГТУ им. Баумана)) Mexanika Konstruktorluğu  fakültəsinin Maşınların və Apparatları Dinamikası və Möhkəmliyi ixtisasında ali təhsilini almışdır.
1986 – 1990-cı illərdə işdən ayrılmadan Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitunun aspirantı olmuşdur.
1983 – 2008-ci illərdə Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində (AzTU-da) müəllimlik vəzifəsində çalışıb.
2008-ci ildən başlayaraq bu günə qədər Gəncə şəhərində Gəncə Dövlət Universitetində müəllimlik vəzifəsində çalışır.
Ailəlidir.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ
Ali, dosent.
“Физически нелинейный изгиб сетчатой прямоугольной пластинки” – adlı namizədlik dissertasiyasını 1990-cı ildə BDU-da müdafiə etmişdir (elmi rəhbəri – SSSRİ-nin Hesablama Mərkəzi Elmi Tədqiqat İnstitunun Hesablama Metodları şöbəsinin Rəisi  – prof. Q.İ.Pşeniçnov olmuşdur).

ƏMƏK FƏALIYƏTİ
1983-2008-ci illərdə Gəncə şəhərində AzTU-da müəllimlik vəzifələrində işləmişdi.
1998-2003cü illərdə AzTU-dan ayrılmadan Gəncə Aviasiya Təmiri Zavodumda rəhbər mühəndislik sahəsində işləmişdi.
2008-cü ildən bu günə qədər Gəncə Dövlət Universitetində (GDU-da) müəllimlik sahəsində işləyir.
2014-cü ildən başlayaraq GDU-dan ayrılmadan Milli Aviasiya Akademiyasında tədris və elm sahəsində əməkdaşlıq edir.

TƏDQIQAT SAHƏSI
Müasir proqram təminatlarında proqramlaşdırma metodları.
Kompyuter modelləşdirməsi.
Riyazi modelləşdirmə.
Qeyri-xətti dinamik sistemlər və onların analizi.
Qeyri səlis sistemlər və avtomatlaşdırılmış idarəetmə sistemləri.
Kompyuter riyaziyyatının elmdə, texnikada və tədrisdə tətbiqi.
Avtomatlaşdırılmış mühəndislik sistemlər (Computer Aided Engineering (CAE)).

SEÇILMIŞ ƏSƏRLƏRI
1. Computer simulation of the modificated stochastic – continual model of combat operations via Simulink. Məqalə, The 4th Congress of the Turkic World Mathematical Society (TWMS) Baku, Azerbaijan, 1-3 July, 2011.
2. Interactive Teaching Methods of  Mathe-matical Physics by the methods of  Computer Visualization. Məqalə, 2012 6th International Conference on Application of Information and Communication Technologies (AICT) proceedings, pg. 405 – 409, Tbilisi, Georgia, 17 – 19 October, 2012.
3.Methodology of laboratory workshops on computer modeling with programming in Microsoft Excel Visual Basic for Applications
2013 7th International Conference on Application of Information and Communication Technologies (AICT) proceedings, pg. 416 – 420, Baku, Azerbaijan, 23 -25 October, 2013.   4. Xətti proqramlaşdırma məsələlərinin simpleks metodu ilə həlli. Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurası «Riyaziyyat» bölməsinin 27 yanvar 2001 ci il tarixli 14 saylı protokolu ilə təsdiq edilmiş metodik göstəriş.
5. Həqiqi birdəyişənli funksiyalar və kompüter riyaziyyati (mathcad və maple). Dərs vəsaiti “Azərbaycan Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının “Riyaziyyat” bölməsinin 14 yanvar 2010-cu il tarixində 02 saylı protokolu ilə təsdiq edilmişdir, Gəncə Dövlət Universitetinin Nəşriyyatı.
6. Obyektyönlü proqramlaşdirma: Microsoft Visual Basic for Applications. Dərs vəsaiti, 408 s. Azərbaycan Təhsil Nazirliyi 18.02.2014 tarixi 202 №-li əmri ilə qrif verilmişdir. PDF cormatında İnternet mühitində WWW: informatics.az saytında və həmçinin GDU-nun syatında geniş oxucular icması üçün əlçatandır