06 noyabr 2024-cü il tarixdə Informatika və cəbr kafedrasının dosenti Mehriban Həsənovanın Riyaziyyat və İnformatika müəllimliyi 2 kursunda İnformatikanın tədrisi metodikası fənnindən mühazirə dərsi keçirilmişdir. “EHM-lərin sistem proqram təminatı (Software)” mövzusunda keçirilən açıq dərsin məqsədi tələbələrin EHM-lərin sistem proqram təminatı ilə bağlı biliklərini daha əhatəli şəkildə genişləndirmək və onlarda kompüterin imkanlarından geniş istifadə bacarıqları yaratmaq. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, kafedra müdiri dos.İ.Cabbarov, b.m.İ.Zeynalova, b.m.S.Cəfərova, müəl.S.Babayeva və kafedranın digər əməkdaşları iştirak etdilər.