Riyaziyyat və informatika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri
29.05.2006 tarixində Goranboy rayonu Qaradağlı kəndində anadan olmuşdur. 2012-ci ildə Goranboy rayonu M.Səfərov adına Qaradağlı kənd tam orta məktəbinə daxil olub, xəmsə intellektual oyununda və məktəblərarası yarışlarda iştirak etmiş, fəxri fərmanlar və diplomlarala təltif olunmuşdur. 2023-cü il həmin məktəbdən məzun olub, 480 bal yığaraq Gəncə Dövlət Universiteti Riyaziyyat və İnformatika fakültəsinin Kompüter Elmləri ixtisasına qəbul olub.
TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI
İSMAYILOV ƏLİ ARİF oğlu
Riyaziyyat və informatika fakültəsi Tələbə Gənclər Təşkilatı sədri
2005-ci ilə 24 martda Bakı şəhəridə anadan olmuşdur. 2022-ci ildə Gəncə şəhəri 26 saylı tam orta məktəbi bitirmişdir. Həmin ildə Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasına daxil olmuşdur. Universitetə daxil olduğu gündən ictimai işlərlə fəal məşgul olmuşdur. 2023-cü il 24 oktyabrdan Riyaziyyat – informatika fakültəsi Tələbə Gənclər Təşkilatının sədri seçilmişdir.
Riyaziyyat və informatika fakültəsi Tələbə Gənclər Təşkilatı sədrinin müavinləri:
Şəmilov Elmir Zülfüqar oğlu
Qurbanlı Sadiq Aqil oğlu
İsmayılov Xəlil Eldəniz oğlu
TƏLƏBƏ HƏMKARLAR TƏŞKİLATI
MƏMMƏDLİ AMİN VƏFA oğlu
Riyaziyyat və informatika fakültəsi Tələbə Həmkarlar Təşkilatı sədri
2006-cı il 6 Apreldə Gəncə şəhərində anadan olmuşdur. 2023-cü ildə Gəncə şəhəri N.Nərimanov adına 25 nömrəli tam orta məktəbi bitirmişdir. Həmin ildə Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsinin Kompüter Elmləri ixtisasına daxil olmuşdur. Universitetə daxil olduğu gündən ictimai işlərlə fəal məşğul olmuşdur. 2026-cı ilin 16 sentyabrından Riyaziyyat və informatika fakültəsi Tələbə Həmkarlar Təşkilatı Sədri seçilmişdir.
Tələbə Həmkarlar Təşkilatı və Tələbə Gənclər Təşkilatı sosial yönümlü təşkilat olsa da tələbələrin bütün problemləri ilə maraqlanır, onların asudə vaxtının səmərəli keçməsinə səy göstərir. Fakültədə tez-tez intelektual yarışlar, müxtəlif movzularda debatlar keçirilir. Təhsilinə və ictimai fəaliyyətinə görə fərqlənən tələbələr mükafatlandırılır. İmkansız tələbələrin ehtiyaclarının təmin olunması ilə bağlı bir sıra tədbirlər görülmüşdür. Bundan başqa Rektorun icazəsi ilə bayram günlərində kimsəsiz uşaqlar və qocalar evlərinə ziyarətlər təşkil olunmuşdur və bu işdə də fakültə kənarda qalmamışdır. Həmçinin təşkilatin idarə heyəti içtimai işlərdə dekanliğa da yaxindan köməklik göstərir.