“EHM-lərin sistem proqram təminatı (Software)” mövzusunda açıq dərs keçirildi
06 noyabr 2024-cü il tarixdə Informatika və cəbr kafedrasının dosenti Mehriban Həsənovanın Riyaziyyat və İnformatika müəllimliyi 2 kursunda İnformatikanın tədrisi metodikası fənnindən mühazirə dərsi keçirilmişdir. “EHM-lərin sistem proqram təminatı (Software)” mövzusunda keçirilən açıq dərsin məqsədi tələbələrin EHM-lərin sistem proqram təminatı ilə bağlı biliklərini daha əhatəli şəkildə genişləndirmək və onlarda kompüterin imkanlarından geniş istifadə bacarıqları yaratmaq.