Riyazi Analiz

RİYAZİ  ANALİZ  KAFEDRASI

Kafedra 1938-ci ildə «Riyaziyyat» adı ilə yaranmışdır. 1951-1952-ci tədris ilindən «Riyazi analiz» adı altında fəaliyyət göstərmişdir. Hal hazırda kafedrada 16 nəfər professor-müəllim, 3 nəfər tədris-köməkçi heyət çalışır.

Professor-müəllim və tədris-köməkçi heyət

  1. Professor Rzayev Orcəli Hüseynqulu o. – kafedra müdiri

  2. Dosent Hüseynov Oruc Mustafa o.

  3.  Fəxri professor Hüseynov Abbas Müzəffər o.

  4.  Elmlər doktoru Həsənov Sabir Qəhrəman o.

  5. Fəxri professor Abbasov Zəfər Duman o.

  6.  Dosent Neymətov Nazim Əsədulla o.

  7. Dosent Məmmədov Tahir Cəlil o. 

  8. T.F.D., Baş müəllim Bəşirova Nurəngiz Firuz q.

  9. R.F.D., Baş müəllim Qasımova Aynur Ramazan q.

  10. Baş müəllim İsmayılov Nazir Əliş o.

  11. Baş müəllim İbrahimova Səbinə Səyavuş q.

  12. Müəllim Vəliyeva Bahar Kamil q.

  13. Müəllim İmanova Gülnara Xanlar q.

  14. Müəllim Mehdiyeva Fidan Şahin q.

  15. Müəllim Ağazadə Aysel Elman q.

  16. Böyük laborant Qurbanova Nazlı Rza q.

  17. Laborant Bağırova Tərlan Afadıl q.

  18. Laborant İsmayılova Samirə Akif q.

Hal-hazırda kafedrada iki istiqamətdə elmi tədqiqat işləri aparılır. Bunlar «Diferensial tənliklər» və «Riyazi analiz» istiqamətləridir. Kafedranın on altı magistr tələbəsi var.

Riyazi analiz kafedrasında – Elmi tədqiqat işləri professor-müəllim heyətinin fərdi elmi iş planı əsasında yerinə yetirilir. Plan ümumi beş illik və bu beş ilin hər bir illəri üzrə tərtib edilir. Kafedrada aşağıdakı problemlər üzrə tədqiqat işləri aparılır:

  1. Spektral nəzəriyyə.

  2. Funksiyalar nəzəriyyəsi.

  3. Diferensial tənliklər və riyazi fizika tənlikləri.

  4. Riyaziyyatın tədrisi məsələləri.

  5. Səpilmə nəzəriyyəsinin tərs məsələləri

Elmi pedaqoji işçilərin hazırlanması: Elmi-pedaqoji kadrlar magistratura, dissertantura, aspirantura, doktorantura yolu ilə hazırlanır. Kafedranın əməkdaşlarından b.m.S.İbrahimova, müəl.N.Allahyarova, müəl.R.Həsənova, müəl.G.Məmmədova, tyutor G.Yusifova, müəl.M.İsmayılova b.m.Ü.Qurbanova hal-hazırda dissertandırlar.

Kafedrada tədris olunan fənlərin siyahısı:

Bakalavr pilləsi üçün

  1. Riyazi analiz

  2. Diferensial tənliklər

  3. Riyazi fizika tənlikləri

  4. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi

  5. Ehtimal nəzəriyyəsi və riyazi statistika

  6. Funksiyalar nəzəriyyəsi və funksianal analiz

  7. Funksional analiz

  8. İnteqral tənliklər

  9. Xüsusi törəməli diferensial tənliklər

  10. Riyazi məntiq

  11. Riyaziyyat tarixi

  12. Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi

  13. Riyaziyyat

  14. Ali riyaziyyat

Magistr pilləsi üçün

  1. Riyazi analizin müasir problemləri

  2. Riyazi analizin bəzi məsələləri

  3. Riyazi analizin tarixi və metodologiyası

  4. Diferensial tənliklər müasir problemləri

  5. Diferensial tənliklərin bəzi məsələləri

  6. Diferensial tənliklərin tarixi və metodologiyası

  7. Operasiya hesabı

  8. Sıralar nəzəriyyəsi

  9. Riyazi analizin məntiqi əsasları

  10. Diferensial tənliklərin məntiqi əsasları

Kafedrada elmlər doktoru proqramı üzrə dissertantlar

  1. Deformasiya olunan bərk cisim mexanikası ixtisası üzrə Quliyev Şahin Məmməd oğlu “Əlavə yükün diskretləşməsi üsulu ilə konstruksiya hissələrinin dayanıqlıq məsələsinin həlli” elmi rəhbər prof.Ş.Mütəllimov

  2. Deformasiya olunan bərk cisim mexanikası ixtisası üzrə Şükürov Rizvan Eyvaz oğlu “Elastik-plastik konstruksiya hissələrinin ilkin gərginlikləri nəzərə alınmaqla dayanıqlıq məsələləri” elmi rəhbər prof.Ş.Mütəllimov

Kafedranın doktarantların və dissertantların sayı

  1. Analiz və funksional analiz ixtisası üzrə  doktorant İsmayılova Məlahət Müşviq qızı “Tenzor sahələrin quruluşu və onlarla bağlı metrik məsələlər elmi rəhbər prof. M. Bayramoğlu

  2. Diferensial tənliklər ixtisası üzrə doktorant Qurbanova Ülkər Vəliyəddin  qızı «Sonsuz  oblasta çoxölçülü parabolik tənliklər sistemi üçün tərs məsələnin həllinin tətbiqi» elmi rəhbər prof.M.Quluyev

  3. Analiz və funksional analiz ixtisası üzrə doktorant Məmmədova Gülnarə Xanlar qızı «Həyacanlanmış birölçülü  Dirak  operatorunun məxsusi və  qoşulmuş funksiyalar sisteminin spektral xassələri» elmi rəhbər prof.V.Qurbanov

  4. Diferensial tənliklər ixtisası üzrə dissertant Əliyeva Gülüstan Nağı qızı «Fits- Xyu- Naqumo tipli tənliklər üçün başlanğıc – sərhəd məsələlərinin həllinin  qloballığı»  elmi rəhbər prof.N.İsgəndərov

  5. Diferensial tənliklər ixtisası üzrə Allahyarova Nigar Elman qızı “Sanki periodik funksiyalar fəzasında fredholm tipli inteqral tənliklər sinfi haqqında” elmi rəhbər prof.M.Bayramoğlu

  6. Diferensial tənliklər ixtisası üzrə İbrahimova Səbinə Siyavuş qızı “Fredholm tipli bir inteqral tənlik haqqında və onunla bağlı məsələlər” elmi rəhbər prof.M.Bayramoğlu

  7. Diferensial tənliklər ixtisası üzrə Vəliyeva Bahar “Qeyri lokal sərhəd şərtli dördüncü tərtib xüsusi törəməli diferensial tənliklər üçün bəzi sərhəd məsələləri” elmi rəhbər prof.Y.Mehrəliyev (müdafiə etdi)

  8. Analiz və funksional analiz ixtisası üzrə Abdullayev Ariz “Dəyişən dərəcəli çəkili Lebeq fəzalarında bəzi daxilolma teoremləri və tətbiqləri” elmi rəhbər prof.R.Bəndəliyev

  9. Analiz və funksional analiz ixtisası üzrə Həsənova Günay Kamil qızı “Bir sinif potensiallar üçün Şturm-Liuvill tənliyinin çevirmə operatorunun qurulması” elmi rəhbər prof.M.Bayramoğlu

  10. Analiz və funksional analiz ixtisası üzrə Məmmədova Günay Tahir qızı “Sərhəd şərtlərinə spectral parameter daxil olan bir sinif dördüncü tərtib diferensial operatorların spectral xassələri” elmi rəhbər prof.Z.Əliyev

  11. Analiz və funksional analiz ixtisası üzrə Mehdiyeva Fidan şahin qızı “Riman sərhəd məsələrinin qeyri-standart Hardi fəzalarında həllolunanlığı və bazis məsələlərinə tətbiqləri” elmi rəhbər prof.B.Bilalov (müdafiə etdi)

  12. Analiz və funksional analiz ixtisası üzrə Quliyeva Aysel Elman qızı “Polinomial fəzaya malik triqonometrik sistemlərin çəkili Lebeq fəzalarında bazislik xassələri” elmi rəhbər prof.B.Bilalov

  13. Deformasiya olunan bərk cisim mexanikası ixtisası üzrə Hüseynova Təranə Vaqif qızı “Anizotrop lövhə, sıxılan özlü maye, sərt divardan ibarət hidroelastiksisteminin məcburi rəqsləri” elmi rəhbər prof.S.Əkbərov

  14. Diferensial tənliklər ixtisası üzrə Yusifova Günay İradil qızı “Anizotrop eklliptik hissəli yarimxətti hiperbolik tənliklər sisteminin qlobal həllərinə tədqiqi” elmi rəhbər prof.Ə.Əliyev

            Kafedra üzvlərinin nəşrləri (dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, metodik görtərişlər və çap olunan məqalələr)

Kafedra üzvlərinin çap etdirdikləri kitablar.

  1. Əməliyyatların tədqiqi

  2. Ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri (mühazirələr)

  3. Ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri

  4. Cırlaşan və qarışıq tip diferensial tənliklər

  5. Furye çevirməsi və onun tətbiqləri

  6. Riyazi məntiq (fənn proqramı)

  7. Riyazi analiz. Birdəyişənli diferensial hesabının bəzi elementləri

  8. Riyazi məntiq (klassik və müasir məntiq)

  9. Xətti cəbr və riyazi analiz

  10. Ədədi sıralar

  11. Riyazi fizika tənlikləri

  12. Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi

  13. Birtərtibli xüsusi törəməli diferensial tənliklər

  14. Riyazi analiz
  15. Furye sırası və Furye çevrilmələri

 Kafedranın təşkil etdiyi elmi seminarlar tematikası. Kafedrada fəaliyyət göstərən elmi seminarda məllimlər öz elmi-tədqiqatlarından, habelə tələbələr TEC xətti ilə apardıqları elmi işlərdən məruzə edirlər.

Riyazi analiz kafedrasının müdiri, prof. Rzayev Orcəli Hüseynqulu oğlu.