Fakültə haqqında

1
Fakültə ilk dəfə 1938-ci ildə Kirovabad 2 illik Müəllimlər institutu nəzdində fizika-riyaziyyat adı ilə fəaliyyətə başlamışdır. Həmin ildə fakülətəyə 130 nəfər tələbə qəbul olunmuşdur.

1938/39-cu tədris ilində fakültədə yaradılmış riyaziyyat və fizika kafedralarının hər birində iki nəfər əməkdaş var idi. Riyaziyyat kafedrasında Əhəd Veysov (kafedra müdiri, Hidayət Abdullayev; fizika kafedrasında Mirzə Məmmədov kafedra müdiri və İbrahim İbrahimov.
Fakültənin ilk buraxılışı 1940-cı ildə olmuşdur və 49 nəfər institutu bitirmişdir. Məzunlar arasında respublikamızın tanınmış ziyalıları İsgəndər Bağırov, Almaz Bağırova, Bahadur Ağayev olmuşlar.
1944/45-ci illərdə artıq 4 illik KDPS-nin nəzdində fəaliyyət göstərən fizika-riyaziyyat fakültəsinə 11 nəfər tələbə qəbul olunmuşdur.
Böyük Vətən Müharibəsindən sonrakı dinc quruculuq dövründə, yəni 1947-ci ildə fizika-riyaziyyat fakültəsinin ilk buraxılışında fakültəni 7 nəfər bitirmiş və onlar tam ali təhsilli müəllim kimi ümumtəhsil məktəblərində işləməyə göndərilmişlər.
1951/52-ci tədris ilində fakültədə yalnız riyaziyyat kafedrası mövcud idi.
1952/53-cü tədris ilində həmin kafedra iki yerə ayrılır:
1. Riyazi analiz və ali cəbr – 4 nəfər əməkdaş
2. Həndəsə və elementar riyaziyyat- 3 nəfər əməkdaş
1968/69-cu tədris ilində bu iki kafedranın əsasında 3 kafedra yaradılmışdır:
1. Həndəsə və ali cəbr-11 nəfər əməkdaş
2. Riyazi analiz-16 nəfər əməkdaş
3. Riyaziyyatın tədrisi metodikası-19 nəfər əməkdaş
1968-ci ildə fakültənin yaranmasının 30 illiyi qeyd edildiyi dövrdə fakültədə 1264 nəfər, o cümlədən əyani şöbədə 795 nəfər, qiyabi şöbədə 372 nəfər, axşam şöbəsində isə 97 nəfər tələbə təhsil alırdı.
1978-ci ildə fakültənin 40 illiyində əyani şöbədə 816, qiyabi şöbədə 607 nəfər olmaqla fakültədə 1423 nəfər tələbə təhsil alırdı.
Fakültənin 50 illiyində əyani şöbədə 587, qiyabi şöbədə iəs 558 nəfər olmaqla 1145 nəfər tələbə təhsil alırdı.
Fakültədə müəllimlərin tərkibinin keyfiyyətcə yaxşılaşdırılması həmişə diqqət mərkəzində olmuşdur. Belə ki, 1967/68-ci tədris ilində fakültədə çalışan 41 əməkdaşdan cəmi 6 nəfərinin elmi dərəcəsi olduğu halda, hazırda 75 nəfər əməkdaşdan 1 nəfər e/d professor, 31 nəfəri isə elmlər namizədi dosentdir.
Faükltədə İnformatika və EHM fənləri üzrə dərs saatlarının miqdarının artırılması, informatikayönümlü ixtisaslar üzrə kadr hazırlığı ilə əlaqədar fakültənin adı dəyişdirilərək Fizika-riyaziyyat və ÜTF adlandırılmışdır.
1994/95-ci tədris ilində informatika təmayüllü fənn və ixtisasların yaranması ilə əlaqədar Riyazi analiz kafedrasınınbazası əsasında yeni bir kafedra – İnformatika və hesablama texnikasının əsasları kafedrası yaradılmışdır.

?

?

?

1990/91-ci tədris ilində fakültə iki yerə ayrılmışdır:
1. Riyaziyyat-informatika
2. Mühəndis-pedaqoji
2004/2005-ci tədris ilində qiymətləndirmə çoxballı sistemə keçirilmiş və 2007/2008-ci tədris ilində ilk buraxılış olmuşdur.
2006/2007-ci tədris ilində fakültədə ilk dəfə olaraq informatika ixtisası üzrə Boloniya – kredit sisteminə keçirilmiş, 2007/2008-ci tədris ilindən etibarən tamamilə bu sistemə başlanmışdır. 2009-cu ildən fakültədə yeni ixtisaslar üzrə bakalavr hazırlığı yerinə yetirilir.
Fakültədə aşağıdakı ixtisaslar vardır:
1. Riyaziyyat
2. Riyaziyyat müəllimliyi
3. Riyaziyyat və informatika müəllimliyi (azərb. və rus bölməsi)
4. Informatika müəllimliyi
5. Kompüter elmləri
2014-cü ildə fakültədə fakültədə aşağıdakı ixtisaslar vardır:
1. Riyaziyyat müəllimliyi
2. Riyaziyyat və informatika müəllimliyi (azərb. və rus bölməsi)
3. Informatika müəllimliyi
4. Kompüter elmləri
Fakültədə 4 kafedra fəaliyyət göstərir:
1. Riyazi analiz (kafedra müdiri dos.B.Mustafayev)
2. Həndəsə və cəbr (kafedra müdiri dos. İ.Cabbarov)
3. Ümumi riyaziyyat (kafedra müdiri dos.M.Mustafayev)
4. İnformatika (kafedra müdiri dos.Ə.Aslanov)

Fakültədə çalışan professor-müəllim və tədris-köməkçi heyətinin dərəcəliyi aşağıdakı kimidir:
Riyazi analiz kafedrası: 1 nəfər professor, 7 nəfər – dosent, 6 nəfər – baş müəllim, 4 nəfər – müəllim, 2 nəfər – baş laborant, 2 nəfər laborant, 1 nəfər operator
Həndəsə və cəbr kafedrası: 4 nəfər – dosent, 1 nəfər fəlsəfə doktoru baş müəllim, 3 nəfər – baş müəllim, 5 nəfər – müəllim, 3 nəfər – baş laborant, 1 nəfər – operator.
İnformatika kafedrası: 4 nəfər – dosent, 2 nəfər – fəlsəfə doktoru, baş müəllim, 11 nəfər – baş müəllim, 5 nəfər – müəllim, 2 nəfər – mühəndis proqramçı, 1 nəfər – mühəndis elektronçu, 1 nəfər – laborant.
Ümumi Riyaziyyat kafedrası: 2 nəfər professor, 6 nəfər – dosent, 1 nəfər – elmlər namizədi baş müəllim, 9 nəfər – baş müəllim, 4 nəfər – müəllim, 1 nəfər laboratoriya müdiri, 3 nəfər – baş laborant, 1 nəfər laborant.
Cəmi fakültə üzrə: 2 nəfər professor, 22 nəfər dosent, elmlər namizədi, baş müəllim 1 nəfər, fəlsəfə doktoru, baş müəllim 3 nəfər, 29 nəfər baş müəllim, 18 nəfər müəllim, 1 nəfər laboratoriya müdiri, 8 nəfər baş laborant, 4 nəfər laborant, 2 nəfər mühəndis proqramist, 1 nəfər mühəndis elektron, 2 nəfər operator.
28 oktyabr 2008-ci ildə riyaziyyat – informatika fakültəsində fakültə dekanı dos. Ə.U.Quliyevin təşəbbüsü ilə fakültə əməkdaşlarının şəxsi kitab fondları hesabına kitabxana yaradılmışdır. Kitabxanada riyazi analiz, cəbr, həndəsə, ali riyaziyyat, adi və xüsusi törəməli diferensial tənliklər, riyaziyyat və informatikanın tədrisi metodikası, kompleks və həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi, informatika və hesablama üsulları və s. aid 3500 nüsxədən artıq kitab vardır.
Fakültədə təcrübəli müəllimlərin dərslərinin video-yazılışı bir neçə ildir ki, bütün semester ərzində aparılır. Hər bir fənn üzrə yazılmış dərslərə tələbələr kitabxanadakı kompüterlərdən yenidən dinləmələri üçün şərait yaradılmışdır. Bu dərslərin yazılışı universitetin saytında yerləşdirilir. Fakültənin müəllimləri, aspirantları, magistləri və tələbələri kitabxanadan istifadə edirlər. Riyaziyyat – informatika fakültəsinin professor müəllim heyəti daima tələbə və magistrantların elmi tədqiqatlarına diqqət yetirilir.
2007-ci ilin noyabr ayında elmi praktik konfrans kecirilmişdir. “İnformasiya – kommunikasiya texnologiyaları və elektron təhsilin aktual problemləri. Elektron idarəetmə”adli məcmuə çap olunmuşdur. Burada müasir informasiya kommunikasiya texnologiyaları və elektron təhsilin aktual problemlərinə həsr olunmuş, həmçinin Kompüter Riyaziyyatı istiqamətli məqalələr toplanmışdır.
Gəncə Dövlət Universitetinin 70 illik yubileyinə həsr edilmiş “Riyazi nəzəriyyələr , onlarin tətbiqi və tədrisi sahəsində olan problemlər” mövzusunda beynəlxalq konfrans 2008 – ci ildə kecirilmişdir. Bu konfransda məzmunlu və aktual mövzular üzrə çıxışlar edən professor – müəllimlərin məruzələrinin mətnləri bu məcmuədə çap olunmuşdur. Burada xüsusi ilə dosent Ə.U.Quliyevin, dosent N.Nəsrullayevin, dosent F.M.Ələsgərovun, dosent M.Mustafayevin, dosent B.A.Mustafayevin və başqalarının məruzələrini qeyd etmək olar.
2011-ci ildə Nizami Gəncəvini 870 illik yubileyinə həsr olunmuş “Riyazi nəzəriyyələr, onlarin tətbiqi və tədrisi sahəsində olan problemlər” mövzusunda beynəlxalq konfrans kecirilmişdir. Konfransda dosent N.V.İbadovun, dosent Ə.U.Quliyevin, dosent N.L.Nəsrullayevin, dosent F.H.Məmmədovun və başqalarının məruzələrini qeyd etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir