Maarif Süleyman oğlu ƏKBƏROV
Həyatı
Maarif Süleyman oğlu Əkbərov 1930-cu ildə Qərbi Azərbaycanda (Ermənistanın) Vedi rayonunun Goravan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Böyük Vedi orta məktəbini gümüş medalla bitirmişdir. Maarif Əkbərov hələ ali məktəbə daxil olmamışdan əvvəl Vedi rayonunun Taytan kəndinin 7-illik məktəbində riyaziyyat müəllimi, kitabxana müdiri vəzifələrində çalışmışdır. O, Azərbaycanda Ucar rayonunun Qaradağlı kəndində ibtidai məktəb müəllimi işləmişdir. M.Əkbərov Böyük Vətən Müharibəsi illərində və məktəblərdə tətil müddətində şagird-əmək briqadası xətti ilə kolxozda işləyərək, yüksək əmək nümunəsi göstərərək “1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində Fədakar Əməyə görə” medalı ilə təltif edilmişdir. Maarif Əkbərov 1953-cü ildə Gəncə Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin universitetin Cəbr-həndəsə kafedrasında müəllim saxlanılmışdır. Alim 1953-1959-cu illərdə orada ali cəbr və elementar cəbr fənlərindən dərs demiş, “Elementar riyaziyyat” kafedrasının müdiri işləmişdir. Maarif Əkbərov 12 avqust 2006-cı ildə Bakıda vəfat etmişdir.
Elmi fəaliyyəti
Maarif Əkbərov 1959-cu ildə ümumi əsaslar üzrə müsabiqə yolu ilə “Riyaziyyat elminin fəlsəfi problemləri” ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olub, 1962-ci ildə oranı bitirib “Riyaziyyatda həqiqət problemi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alim təyinatla Azərbaycana qayıtmış və riyaziyyatın fəlsəfəsi ixtisası üzrə respublikada ilk və yeganə mütəxəssis kimi Bakı Dövlət Universitetinə işləməyə dəvət edilmiş, 1963-cü ildən Mexanika-riyaziyyat fakültəsində fəaliyyətə başlamışdır. O, BDU-nun Həndəsə-cəbr, Cəbr və topologiya, Həndəsə kafedralarında fəaliyyət göstərmişdir. Maarif Əkbərov 1980-1992-ci illərdə BDU-nun Cəbr və topologiya kafedrasına rəhbərlik etmiş, “Ali cəbr”, “Cəbr və ədədlər nəzəriyyəsi”, “Riyaziyyatın fəlsəfi-metodoloji əsasları” fənlərindən dərs demiş, cəbrdən və riyaziyyatın fəlsəfi, metodoloji problemlərinə dair tədqiqat işi aparmış, kadrlar hazırlamışdır. Maarif Əkbərov 1970-1972-ci illərdə “riyaziyyatın fəlsəfəsi” ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktoranturasında təhsilini davam etdirib, orada “Riyaziyyatın bəzi fəlsəfi problemləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, bu sahədə (09.00.08 indeksi üzrə) Azərbaycanda ilk və yeganə elmlər doktoru olmuş, dəqiq elmlərin fəlsəfəsi üzrə respublikada ilk cığır açan mütəxəssis-alim kimi tanınmışdır. 1966-cı ildə ona Həndəsə-cəbr kafedrası üzrə dosentlik, 1977-ci ildə isə Cəbr və topologiya kafedrası üzrə professorluq elmi adları verilmişdir. Bununla da, alim iki elm sahəsində çalışan, riyaziyyat ixtisası üzrə dosentlik və professorluq elmi adları, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə fəlsəfə elmləri namizədi və fəlsəfə elmləri doktoru elmi dərəcələri qazanmış yeganə mütəxəssisdir. Maarif Əkbərov bir çox elmi konfrans və simpoziumların iştirakçısı olmuş, elmi məruzələrlə çıxış etmişdir. Alim maarifçilik, elmi biliklərin inkişafı və təbliği sahəsindəki xidmətlərinə görə 1995-ci ildə akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür. Maarif Əkbərov 18 kitabın, 3 iri həcmli monoqrafiyanın, ali məktəblər üçün 3 dərs vəsaitinin, ümumiyyətlə, 100-dən çox elmi-nəzəri, elmi-kütləvi, elmi-metodik və publisist xarakterli kitab, kitabça və məqalələrin müəllifidir.
Ələddin ŞƏMİLOV
İş yer: Anadolu Unversiteti
Fakültə: Fen Fakültesi
İstiqaməti: Diferansiyal Denklemler, Balistik Problemler
İlgi Alanları:Adi Diferansiyel Denklemler, Kısmi Türevli Diferansiyel Denklemler, Fonksiyonel Diferansiyel Denklemler, Optimum Kontrol Teori, Sınır Değer Problemleri, Stability Teorisi, Pozitif Tanımlanmış Operatörler Teorisi, İstatistiksel ve Nümerik Metodlar, İnformasyon Teorisi, Genelleşmiş Entropi Optimizasyon Metodları
Öğrenim Durumu
Lise:Gokçe, 1958
Yüksek Lisans:Gence Pedagocical Üniversitesi Fizik ve Matematik Bölümü (şeref diploması), Azerbaycan, 1963
Doktora:1. Doktora: Bakü Devlet Üniversitesi Diferansiyel ve İntegral Denklemler Bölümü, Azerbaycan, 1972
Doktora:M. V. Lomonosov adına Moskova Devlet Üniversitesi İhtisas Yükseltme Fakültesi, 1977
Doktora:2. Doktora: Ukrayna Bilimler Akademisi Matematik Enstitüsü, Kiev, 1984
Doçentlik:Yrd. Doç: Bakü Devlet Üniversitesi Diferansiyel ve İntegral Denklemler Bölümü, Azerbaycan, 1969
Doçentlik:Doçent: Bakü Devlet Üniversitesi Diferansiyel ve İntegral Denklemler Bölümü, Azerbaycan, 1979
Profesörlük:Bakü Devlet Üniversitesi Diferansiyel ve İntegral Denklemler Bölümü, Azerbaycan, 1987
Akademik Ünvanlar
Yrd. Doçent:Bakü Devlet Üniversitesi Diferansiyel ve İntegral Denklemler Bölümü, Azerbaycan, 1969
Doçent:Bakü Devlet Üniversitesi Diferansiyel ve İntegral Denklemler Bölümü, Azerbaycan, 1979
Profesör:Bakü Devlet Üniversitesi Diferansiyel ve İntegral Denklemler Bölümü, Azerbaycan, 1987
Uluslararası Hakemli Dergilerde Yayınlanan Makaleler
1)Shamilov A., Ozdemir S., Yilmaz N. (2014), “Generalized Entropy Optimization Methods for Survival Data”, ALT2014: 5th International Conference on Accelerated Life Testing and Degradation Models,pp.174-183, Pau, France, 2014
2)Shamilov A., Giriftinoglu C.,”Generalized Entropy Optimization Distributions Dependent on Parameter in Time Series”, WSEAS TRANSACTIONS on INFORMATION SCIENCE & APPLICATIONS, Issue 1, Vol. 7, 102-111., 2010
3)Shamilov A., “Generalized entropy optimization problems with finite moment functions sets”, Journal of Statistics and Management Systems, Issue 3, Vol. 13, 595-603., 2010
4)Şamilov A. ve Giriftinoğlu Ç. ” A new method for estimating the missing value of observed time series and time series forecasting”,The Scientific and Pedagogical News of Odlar Yurdu University, 28, pp.17-23., 2009
5)Şamilov A. ve Giriftinoğlu Ç. ” Some relationships between entropy values of entropy optimization distributions for time series”,The Scientific and Pedagogical News of Odlar Yurdu University, 28, pp.10-17., 2009
6)Shamilov A., Asma S., On the identifiability of finite mixtures based on the union of logarithmic series and discrete rectangular families,Neural Processing Letters (SCI), 29 (1), 1-6, 2009
7)Shamilov A., Giriftinoğlu Ç., Usta İ., Mert Kantar Y. “A New Concept of Relative Suitability of Moment Function Sets “, Applied Mathematics and Computation,(SCI), 206, 521-529, 2008
8)Shamilov A., Asma S. “Finite Mixtures of MaxEnt Distributions”, Applied Mathematics and Computation,(SCI), 206, 530-537, 2008
9)Shamilov A., Mert Kantar Y., Usta I. “Use of MinMaxEnt distributions defined on basis of MaxEnt method in wind power study”, Energy Conversion & Management,(SCI) 49, 660-677, 2008
10)A. Shamilov, Generalized Entropy Optimization Problems And The Existence Of Their Solutions, Physica A: Statistical Mechanics and its Applications, 382(2), pp. 465-472,(SCI-Expanded), 2007
11)A. Shamilov ve S. Yolacan, “A Fano-Huffman Based Statistical Coding Method”, Journal of Modern Applied Statistical Methods, (CIS Index) Vol. 6, No.1, 2007
12)A. Shamilov, S. Yolacan, “Statistical Structure of Printed Turkish, English, German, French, Russian and Spanish”, WSEAS Transactions on Mathematics, Issue 6, Vol. 5, pp. 756-762, 06/2006
13)A. Shamilov, I. Usta, Y. Mert Kantar, “The Distribution of Minimizing Maximum Entropy: Alternative to Weibull Distribution for Wind Speed, WSEAS Transactions on Mathematics, Issue 6, Vol. 5, pp. 695-700, 06/2006
14)A. Shamilov, C. Giriftinoglu, “Estimation by Combining MinxEnt Principle and time Series Analysis”, WSEAS Transactions on Mathematics, Issue 6, Vol. 5,pp. 677-683, 06/2006
15)A. Shamilov, Y. Mert Kantar, I. Usta, “On a Functional Defined by Means of Kullback-Leibler Measure and its Statistical Applications”, WSEAS Transactions on Mathematics, Issue 6, Vol. 5, pp.671-676, 06/2006
16)A. Shamilov, “A Development of Entropy Optimization Methods”, WSEAS Transactions on Mathematics, Issue 5, Vol. 5, pp. 568-575, 05/2006
17)A. Shamilov, Yuzer A. F., Agaoglu E. and Mert Y., “A Method of Obtaining Distributions of Transformed Random Variables by Using the Heaviside and the Dirac Generalized Functions”, Journal of Statistical Research, Vol.40, No.1, pp.23-34, 2006
18)A. Shamilov, I. Usta, Y. Mert Kantar, “Approach to Multimodal Distributions with Maximum Entropy”, WSEAS Transactions on Business and Economics, Issue 5, Volume 3, pp. 409-414, May, 2006
19)A. Shamilov, C. Giriftinoglu, I. Usta, Y. Mert Kantar, “The Applications of Construction of MinxEnt Probability Distributions”, WSEAS Transactions on Business and Economics, Issue 5, Volume 3, pp.403-408, May, 2006
20)A. Shamilov, Y. Mert Kantar, İ. Usta, “Parameter Estimation Using Different Information-Theoritical Divergence Measures”, WSEAS Transactions on Information Science and Applications, Issue 12, Volume 3, pp.2355-2359, December, 2006
21)A. Shamilov, Y. Mert Kantar, “On a new method of obtaining probability distributions based on maximum entropy principle”, The scientific and pedagogical news of “Odlar Yurdu” University, No:16, pp. 74-81, 2006
22)A. Kh. Shamilov, “On a new concept of generilized probability density function to systems of random variables”, The Scientific and Pedogogical News of Odlar Yurdu University, No:12, p. 3-12, 2004
23)A. Kh. Shamilov, “On solvability generilized balistical problem for a class of nonlinear equations”,The scientific and pedagogical news of “Odlar Yurdu” University, Baku, No:7, p. 101-103, 2002
24)A. KH. Shamilov, N. A. Guliev, “On Existence and Nonexistence of Classical Solution of Generilized Ballistical Problem for a Class of Nonlinear Elliptical Equations”, The scientific and pedagogical news of “Odlar Yurdu” University, Baku, No:8, p. 69-85, 2002
25)A. KH. Shamilov, E. Demirel, “Computer Programming of a Numerical Integration Method and Some Applications”, The scientific and pedagogical news of “Odlar; Yurdu” University, Baku, No:5, p:44-55., 2001
Ağa Zeynalabdin oğlu ATAYEV
Azərbaycanda XX əsr həndəsə elminin inkşafından danışarkən Ağa Zeynalabdin oğlu Atayevi xatırlamaq olmaz. A.Z.Atayev Respublikamızda həhdəsə üzrə ilk elmi dərəcə almış alimdir. A.Z.Atayev 1944-cü ildə “Küniteoremi və onun tətbiqləri” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adınıalmışdır. Ömrünün 35 ilini H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti) pedaqoji fəaliyyətə həsr edən A.Atayev Respublikamızda müəllim kadrlarının yetişdirilməsində gərgin əmək sərf etmişdir. Onun 1961-ci ildə çap etdirdiyi “Proyektiv həndəsə” dərsliyi həndəsənin bu bölməsinə aid Azərbaycan dilində yazılmış ilk kitabdır. Bundan əlavə A.Atayev “Həndəsi yerlər metodu”, “Nəzəri hesab kursu”, “Afin həndəsəsinin əsasları”, “Küni teoremi və onun tətbiqləri”, “Anhormanik nisbət” və sair kimi bir sıra əsərlərin müəllifidir.
Cabbarov Şikar Talış oğlu
Cabbarov Şikar Talış oğlu 30 iyun 1930-cu ildə Kirovabad (indiki Gəncə ) şəhərində fəhlə ailəsində anadan olmuşdur.Atası Cabbarov Talış Cabbar oğlu dəmiryolçu fəhlə , anası Hüseynova Firuzə Məmmədli qızı evdar qadın olmuşdur.
Şikar Talış oğlunun yeniyetmə dövrü Böyük Vətən müharibəsi dövrünün çətinliklərinə təsadüf etmişdir. Gənc yaşlarından riyaziyyata böyük həvəs göstərmiş, iti zehni və riyazi məsəslərin həllinə böyük həvəsi ilə fərqlənmişdir. Düzgünlük və əməksevərlik çətin uşaqlıq və yeniyetməlik həyatının yolçusu olmuşdur.
Orta məktəbi 1949-cu ildə bitirərək, o, Kirovobad Dövlət Pedaqoji İnstitutna daxil olur. Təhsil müddətində özünü istedadlı, həqiqətpərəst, fiziki-riyazi biliklərin mənimsənilməsində əzmkar bir tələbə kimi göstərmişdir və özünə qarşı təkcə tələbə yoldaşlarının deyil, müəllimlərinin də rəğbətini qazanmışdır. Həm elmdə və həm də həyatda müəllimlərindən bəziləri ilə uzun müddətli dostluq münasibətləri olmuşdur.
Fizika riyaziyyat fakültəsini 1953-cü ildə bitirən Ş.Cabbarov təyinatla Qax rayonuna orta məktəbdə fizika-riyaziyyat müəllimi vəzifəsinə göndərilir. Eyni zamanda ailə həyatı da başlayır. Özünün tələbə yoldaşı Zenalova Əsli Zeynal qızı ilə ailə qurduqdan sonra onlar birgə ailə və əmək həyatına başlayırlar.
1954-cü ildə Ş.Cabbarov özünün keçmiş müəllimi Musa Əzimov tərəfindən KDPİ-nin riyazi analiz kafedrasına müəllim vəzifəsinə dəvət olunur. 1954-cü ildən həyatının sonunadək bu kafedrada müəllim vəzifəsindən kafedranın dosenti və kafedra müdiri vəzifəsinədək bir yol keçmişdir.
1961-ci ildə Ş.Cabbarov ADPİ-nin nəzdində məqsədli aspiranturaya daxil olur və 1963-cü ildə aspiranturanı bitirərək namizədlik disertasiyasını müdafiəyə təqdim edir. Bu müddətdə onun rəhbəri və digər tanınmış alimlər tərəfindən elmi işi barədə müsbət rəylər söylənmişdir.
1966-ci ildə Ş.Cabbarov həmin dövrdə tanınmış avtoritetlərdən olan professor Q.T.Əhmədovun rəhbərliyi ilə “Bəzi inteqral bərabərsizliklər və onların müəyyən sinif diferensial tənliklərin həllinin dayanıqlığı, yeganəliyi və sıfra yaxınlaşması məsələlərinə tətbiqləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1974-76-cı illərdə KDPİ-nin fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində işləmişdir. 1976-1987-ci illərdə riyazi analiz kafedrasının müdiri olmuşdur. 1991-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutu Elmi Şurasının qərarı ilə dos. Ş. Cabbarovun rəhbərliyi ilə ümumi şəhər riyaziyyat seminarı yaradılır. Bu seminarda qoyulmuş məsələlər sonralar ciddi elmi tədqiqatların mövzusuna çevrilmişdir.
1971-ci ildə Ş. Cabbarova riyazi analiz kafedranın dosenti elmi adı verilmişdir. 1973, 1978-ci illərdə sosializm yarışı qalibi olmuş Sovet İttifaqı KP MK-nin, SSRİ Nazirlər Sovetinin, SSRİ Həmkarlar İttifaqının döş nişanları və Əmək veteranı medalı ilə təltif olunmuşdur.
Elmi fəaliyyəti:
Ş.T.Cabbarovun elmi fəaliyyəti onun elmi əsərlərində dərs vəsaitlərində əksini tapmışdır. Bu əsərlərdə topologiyanın, diferensial tənliklər nəzəriyyəsinin riyazi analizin müxtəlif məsələlərinə baxılmışdır. Ş.Cabbarov uzun müddət operatorlu tənliklər nəzəriyyəsinin müəyyən məsələlərini tədqiq etmişdir. İşin yekunu olaraq onun fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almaq üçün hazırladığı “Operatorlu tənliklər nəzəriyyəsi” adlı dissertasiya işi ərsəyə gəlmişdir. İşin ayrı-ayrı fəsillərinin nəticələri dərc olunmuşdur. Bu işlərdə əsas diqqət ardıcıl yaxınlaşma metodunun müxtəlif ümümiləşməsinə verilmişdir. Qeyd etmək lazımdır ki, bu metodun bəzi variantlarında xüsusi törəməli diferensial tənliklərin həlli adi diferensial tənliklərə gətirilə bilir.
Ş.T. Cabbarovun qeyri-rəsmi şəkildə işlərinə rəhbərlik etdiyi çoxsaylı yetirmələri vardır. Ş. Cabbarov tələbələrin də sərbəst elmi axtarışlarına xüsusi diqqət verirdi. Onun bir çox tələbələri yüksək səviyyəli kurs və buraxılış işləri icra etmişdirlər. Ş. Cabbarovun Mat.Net.ru portalında səhifəsi vardır və burada onun Ümumittifaq jurnallarında məqalələri toplanmışdır. Namizədlik dissertasiyası müdafiə etdikdən sonra onun əsas elmi işləri aşağıdakılar olmuşdur.
- Bir ardıcıl yaxınlaşma metodu haqqında. Konfrans materialları, Kirovabad, 1966.
- Pikar tipli ardıcıl yaxınlaşma metodu haqqında. Konfrans materialları, Kirovabad, 1969.
- Sıxılmış inikas prinsipinin bir ümumiləşməsi və onun sonsuz diferensial tənliklər sisteminə tətbiqi. ”Diferensial tənliklər”, XXII-cild, № 8, 1986, səh. 1444-1447.
- Ümumiləşmiş çıxılmış inikas prinsipi və sonsuz diferensial tənliklər sistemi. Ümumittifaq aylıq elmi-texniki junal, 26 cild, № 8, səh. 1299-1309.
- Sadə difrensial tənliklərin araşdırılmasında orta qiymət teoreminin tətbiqi. V. İ. Lenin adına MDPİ-də keçirilmiş elmi konfransın materiaları, (R.Aslanovla birgə),1989.
- TVF-da hesabi ardıcıllıqların bəzi xassələri. MDPİ –nin elmi əsərləri, təbiət elmləri seriyası,1998.
- Topologi vektorlar fəzasında operatorlu tənliklər üçün sərhəd məsələləri. MDPİ-nin elmi qeydləri 2000.
Ş. Cabbarovun çoxsaylı elmi və elmi metodiki kitab və vəsaitləri çap olunmuşdur. Bunlardan bəziləri bunlardır:
1.Riyazi analiz.Metodik göstərişlər.Kirovobad ,1981, 82 səh.
- Metrik fəzalar. Çoxdəyişənli funksiyaların diferensiallanması və inteqrallanması (P.Aslanovla birgə) . Metodik vəsait, Bakı,1982,142 səh.
- Riyazi analiz və funksiyalar nəzəriyyəsi. Analizə giriş. Kirovabad,1977, 44 səh.
- Münasibət və funksiya. Kirovabad,1979, 66 s.
- Riyazi analiz. Buraxılış kursları üçün metodik göstərişlər .(P.M.Aslanovla birgə). Kirovabad,1987, 134 səh.
- Diferensial tənliklər. Proqramlar. Moskva-Gəncə,1996..
Əliqulu Umud oğlu QULİYEV
Quliyev Əliqulu Umud oğlu 1939-cu ildə İmişli rayonunun Sarıxanlı kəndində sadə zəhmətkeş bir ailədə dünyaya göz açmış, hələ dünyaya gəlməmiş atasını itirmiş, 7 yaşında ikən taleh onu anadan da məhrum etmişdir. Birbirindən bir yaş fərqiolan üç bacısı ilə birlikdə yetimçilik həyatı ilə üzləşmişdir. Ağır əzab əziyyətlər və məşəqqətli həyat tərzi keçirən başsız ailə İmişlinin sərt qışını və yandırıcı yayını qonşuların qarğıqamışdan düzəltdikləri komada, təbiətin insanlığa bəxş etdiyi göypencər və hərdən bir də tapanda, cımıx yeməklə yavaş-yavaş dirçəlirdi. Əliqulunun 9 yaşı olarkən artıq özündən böyükbacıları kolxoz işinə, özü isə məktəbə gedirdi. Köçəri həyatı keçirən Sarıxanlılar yenicə rayonun «Küdrü» adlanan çılpaq birərazidə məskunlaşmışdılar. Müharibədən yenidən çıxmış Azərbaycanın digər regionları kimi İmişli rayonunun yeni oturaq həyata qədəm qoyan sakinləri də aclıq və səfalət içində çabalayırdı. Belə bir zamanda ayağyalın, başıaçıq Əlqulu daməskunlaşdıqları ərazidə yenicə təşkil olunmuş ibtidai məktəbin birinci sinfinə gedirdi. Doğrudan da, xalq arasında deyirlər ki, «yetim böyüyər ancaq əzrailin pisliyi özünə qalar». Yayın istisindən zənciyəbənzər körpə, Əliqulu da böyüyürdü.
Artıq kənd salınıb, məktəb əvvəlcə 8 illik, bir qədər sonra 10 illik olanda Əlqulu yaxşı oxuduğu üçün kənddə nümunə göstərirdilər. Nəhayət, zaman öz axarı ilə gəlib keçdi, Əliqulu da orta məktəbi əla qiymətlərlə bitirib 1959-cu ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (hazırki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinə qəbul olundu. 1964-cü ildə İnstitutu fərqlənmə diplomu ilə bitirən gənc Əliqulu müəllim yeni ailə qurduğu Zenfira xanımla birlikdə Ağdaş rayonuna təyinat götürdü.
Ağdaş Maarif şöbəsi gənc ailəni, elə bir il sonra Respublikada adsan qazanmış Xaldan orta məktəbinə göndərdi. Əliqulu müəllim orta məktəbdə işləməklə yanaşı 1966-cı ildə Azərbaycan Elimlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun aspiranturasına qəbul olundu. 1967-ci ildə müsabiqədən keçərək bitirdiyi İnstitutda müəllim təyin olundu.
1974-cü ildə Ə.Quliyev aspirant olduğu Riyaziyyat-Mexanika İnstutunda «Məxsusiyyəti olan polinomial əmsallı adidiferensial tənliklərin ümumiləşmiş funksiyalar fəzasında həlli» mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyatelmləri namizədi alimlik dərəcəsi alır. Onun yaradıcılıq işini görkəmli riyaziyyatçılar Q.E.Şilov, C.Allahverdiyev, F.Maqsudov və başqaları yüksək qiymətləndirmişlər. Bu o dövrə təsadüf edir ki, artıq 5 ildir hakimiyyətə gəlmiş əvəzolunmaz şəxsiyyət Heydər Əliyev Respublikada elmin və mədəniyyətin inkişafını öz himayəsinə götürərək ona böyük diqqət yetirirdi.
Əliqulu müəllim dissertasiya müdafiəsinə onun kolxozçu bacıları ilə birlikdə, demək olar ki, bütün kənd axışıb gəlmişdi. Bu onun doğma kəndində böyük sensassiya yaratmışdır, çünki həmin vaxt kənddə varlı-hallı, adlı-sanlı kişilərin övladları bupilləyə ucala bilməmişlər və o, təkcə kənddə deyil, İmişli rayonunda pərvazlanıb uçan ilk qaranquş idi.
Həmin dövrdə rayonda çıxan «Qızıl ulduz» qəzeti Əliqulu müəllimə həsr etdiyi böyük həçmli «İmişlinin ulduzu» adlı məqaləsində yazılmışdır… «Çoban oğlu taleyin İmişli əhlinə bəşx etdiyi ilk alimdir».
Əliqulu müəllim artıq 42 ilə yaxındır ki, tələbələrin təhsili və təlim-tərbiyəsi ilə məşğul olur. Öz peşəkarlığı, tələbkarlığıilə seçilən Əliqulu müəllim professor-müəllim heyətinin, tələbələrin dərin hörmət və rəğbətini qazanmışdır.
Əliqulu müəllim 10 il böyük bir kafedraya başçılıq etmiş, Azərbaycanda və xarici ölkələrdə 50-dən çox elmi əsərlər çapetdirmişdir.
O, iri həcmli bir monoqrafya və tələbələrin istifadəsinə verilmiş 4 dərs vəsaitinin müəllifidir. Universitetin ictimai-siyasihəyatında dəyərli fəaliyyət göstərir.
15 ilə yaxın 500 nəfər tələbəsi, 100 nəfərdən çox professor-müəllim və laborant-texniki işçisi olan fakültənin dekanı olmuşdur.
Əliqulu müəllimin səmərəli elimi-pedaqoji fəaliyyətinə görə dəfələrlə Universitet rektorunun təşəkkür və fəxri fərmanına, 1999-cu ildə Azərbaycan Respudlikası Təhsil Nazirliyinin təşəkkürünə, 2004-cü ildə fəxri fərmanına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2009-cu il tarixli fərmanı ilə Respublika üçün müəllim kadrları hazırlanmasında fəaliyyətinə görə Ə.U.Quliyev «Tərəqqi medalı» ilə təltif olunmuşdur.
Uzun müddət Universitet Elmi Şurasının üzvü, 2008-ci ildə Azərbaycan Müəllimlərinin XIII qurultayının nümayəndəsi olmuşdur.Bütün bu nailiyyətlərinə və uğurlarına görə 2013-cü ildə Universitet Elmi Şurasının qərarı ilə Universitetin Fəxri professoru seçilmişdir. Bu adı özünün çoxillik əməyinə verilən ən böyük qiymət hesab edən Əliqulu müəllim bu gün də elmi-pedaqoji fəaliyyətini davam etdirir. Son dövrlərdə Əliqulu müəllim “Fəxri Professor” adına layiq görülmüşdür.
Nüyvər Loğman oğlu NƏSRULLAYEV
A.Z.Atayevin bir çox yetişdirmələri indi Respublikamızın elm ocaqlarında fəaliyyət göstərir. Bunlardan biri ha zır da Gəncə Dövlət Universitetinin həndəsə və cəbr kafedrasının dosenti Nüyvər Loğman oğlu Nəsrullayevdir. N.L.Nəsrullayev 1939-cu ildə Şəki rayonunun Oxud kəndində dünyaya göz açmış, 1957-ci ildə doğma kəndində orta məktəbi bitirərək H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Gələcəyini ancaq özünün yaxşı oxumasında görən N.Nəsrullayev çox keçmir ki, institutun ən yüksək adlı təqaüdünü alır. Bu da onun iqtisadi cəhətdən təminatına qismən kömək edir. 1962-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən N.Nəsrullyaev öz doğma kəndinə müəllim təyin edilir. Çox keçmir ki, o bitirdiyi instituta dəvət alır.1969-cu ildə isə həndəsə ixtisası üzrə ADU-nun aspiranturasına daxil olur və elmi tədqiqatlarını davam etdirməkvə təkmilləşdirmək üçün Kazan Dövlət Universitetinə ezam edilir. Böyük həndəsəşünas alim A.İ.Lobaçevskinin fəaliyyət göstərdiyi Kazan Universitetində N.Nəsrullayev qaynar elmi mühitə daxil olur və orada A.P.Norden, B.L.Laptev, A.P.Şirokov kimi görkəmli riyaziyyatçılarla tanış olur. Sonuncunun rəhbərliyi altında 1974-cü ildə “Üçölçülü psevdoevklid fəzada səthlərin diferensial həndəsəsinə dair” mövzusunda dissertasiya müdafiə edir. N.Nəsrullayev 30-dan çox məqalə və elmi-pedaqoji əsərin müəllifidir. Onun “Həndəsə əsasları”, “Xətkeş və pərgarhəndəsəsi” adlı dərslik və dərs vəsaitləri bu gün tələbələrimizin həndəsə üzrə zəruri tələblərini ödəyir. N.Nəsrullayev hazırda “Beşölçülü psevdoevklid fəzada səthlərin sonsuz kiçik bükülməsi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Son dövrlərdə Nüyvər müəllim “Fəxri Professor” adına layiq görülmüşdür