Tutorlar

N.NeymatovNeymətov Nazim Əsədulla oğlu 1975-ci ildə anadan olub.1994-cü illərdə Gəncə səhəri Həsən bəy Zərdabi adına Gəncə Dovlət Pedaqoji Inistitutunun Riyaziyyat – informatika fakultəsinin riyaziyyat ixtisası uzrə bakalavr dərəcəsini almısdır. 1998 – 2000-ci illərdə həmin Universitetin Riyazi analiz kafedrasınıda Riyazi analiz ixtisası uzrə magistr dərəcəsi almışdır. 2000-ci ildən Riyazi analiz kafedrasınıda bas müəllim isləyir. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika Inistitutuna dissertant qəbul olmuşdur. 2015-2016-cı illərdə dissertasiyanı müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi adını almışdır. Hal – hazırda Gəncə Dovlət Universitetində Riyaziyyat – informatika fakültəsinin dekanlığında tədris məsləhətcisi isləyir. 2 dərs vəsaitinin və 25 məqalənin müəllifidir. Ailəlidir iki ovladı var.



sonaƏsgərova Sonaxanım 20 noyabr 1950 – ci ildə Gəncə şəhərində anadan olmşdur. O 1968 – ci ildə Gəncə şəhəri 1 № orta məktəbi bitirib, H.Zərdabi adına Kirovobad Pedaqoji İnstitunun Riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1975 – ci ildə bitirmişdir. O, 2007 – ci ildən fakültədə metodist vəzifəsinə təyin olunmuş durr. 3 elmi əsərin müəllifidir. 2013 – cü ildən isə fakültədə tədris məsləhətçisi (tütor)  vəzifəsində çalışır . Ailəlidir.  İki övladı var.

 

 

 



guluyaVerdiyeva Gülmira Zahid qızı 1967-ci ilin iyunun 30-da Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. başlamışdır. 1983-cü ildə Gəncə şəhər 1 saylı orta  məktəbi başa vuraraq Kirovabad Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat – Fizika fakültəsinə daxil olmuşdur. 1983-1988 – ci illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunun riyaziyyat – fizika fakültəsində təhsil alıb. Universitetdə oxuduğu müddətdə fizika-riyaziyyat üzrə ixtisaslaşmışdır. 1994- cü ildən GDU – nun dissertantı olmuş, 2007 – ci ildə namizədlik dissertasiyası etmiş və pedaqoji elmlər namizədi adını almışdır. 1988 – 1990 – cı illərdə Gəncə şəhər 89 saylı OTPM – də, 1990 – 1995 – ci illərdə 39 saylı orta məktəbdə riyaziyyat – informatika müəllimi vəzifəsində çalışıb. 1996 – cı ildən əmək fəaliyyətini Gəncə Dövət Universitetində priqrammist və müəllim kimi davam etdirmişdir. 2000-ci ildən həmin universitetin İnformatika kafedrasının müəllimi və hal-hazırda kafedra dosentidir. İnformatika sahəsi üzrə 40-a yaxın elmi məqaləsi, iki dərs vəsaiti, metodik vəsait, proqramlar dərc etmişdir.



nurkaBəsirova Nurəngiz Firuz qızı 1974-cu ildə anadan olub. 1991-96-ci illərdə GDPI-nin Riyaziyyat-Informatika fakültəsinin tələbəsi olub. 1996-ci ildə GDU-nun Riyazi analiz kafedrasinda bas laborant vəzifəsində isləyib. 1997-ci ildən GDU-nun Riyazi analiz kafedrasından müəllim isləyir. 12 elmi məqalənin müəllifidir. Hal – hazərda Gəncə Dovlət Universitetində Riyaziyyat – informatika fakültəsinin dekanlıgında tədris məsləhətcisi (tyutor) vəzifəsində calısır

 

 

 



sebulyaİbrahimova Səbinə Siyavuş qızı 1979-cu ildə ziyalı ailəsində anadan olub. 1996-cı ildə Gəncə şəhəri 39 № – li orta məktəbi bitirib, həmin ildə Bakı Dövlət Universitetinin Mexanika – riyaziyyat fakültəsinin riyaziyyat ixtisasına daxil olmuşdur. 2000-2002-ci illərdə həmin fakültədə təhsilini davam etdirərək riyaziyyat ixtisası, riyazi analiz ixtisaslaşması üzrə magistr dərəcəsini almışdır. 2002- ci ildən GDU-nun Riyazi analiz kafedrasından işləyir. 2007-ci ildən Riyaziyyat-informatika fakültəsində fakültə üzrə YAP təşkilatının sədri, 2008-ci ildən fakültədə tədris məsləhətçisi (tyutor) vəzifəsində çalışır. 4 məqalənin müəllifidir.
Ailəlidir. İki övladı var.

 

 



gunkaYusifova Günay İradil qızı 1981-ci ildə Samux rayonu Sərkar kəndində anadan olmuşam. 1999-cu ildə H.Zərdabi adına GDPİ-nun riyaziyyat-informatika fakültəsinə daxil olmuşam. 2004-cü ildə GDU-nun riyaziyyat ixtisasını bitirmişəm. 2004-cü ildə GDU-nun magistratura şöbəsinə daxil olub, 2007-ci ildə «Diferensial tənliklər» ixtisasını bitirmişəm. 1999-cu ildən GDU-nun «Riyazi analiz» kafedrasında laborant, 2007-ci ildən isə baş laborant vəzifəsində çalışıram. 2 elmi məqalənin müəllifiyəm. Ailəlidir, 2 evladı var.