Elmi seminar keçirildi

17 aprel 2024-cü il tarixində saat 13:30-da Gəncə Dövlət Universitetinin İnformatika və cəbr kafedrasinin Elmi seminarı keçirilmişdir. GÜNDƏLİK MƏSƏLƏLƏR:

1. Elmi seminarda tələbələrin çıxışları.

2. Elmi seminarda çıxış edən Məruzəçi tələbələrin çıxışlarının müzakirəsi.

İŞTİRAK ETDİLƏR:

1. Riyaziyyat – informatika fakültəsinin dekanı, dos.Oruc Hüseynov

2. Humanitar məsələlər üzrə dekan müavini Nurəngiz Bəşirova

3. İnformatika və cəbr kafedrasının müdiri, dos. İlqar Cabbarov

4. İnformatika və cəbr kafedrasının baş müəllimi, p.ü.f.d. İlhamə Zeynalova

5. İnformatika və cəbr kafedrasının müəllimi İsmət Budaqov

6. İnformatika və cəbr kafedrasının dos. Gülmira Verdiyeva

7. İnformatika və cəbr kafedrasının dos. Kəmalə Salmanova

8. İnformatika və cəbr kafedrasının baş müəllimi Samirə Babayeva

9. İnformatika və cəbr kafedrasının baş müəllimi Tamella Əsgərova

10. İnformatika və cəbr kafedrasının baş müəllimi Ülkər Qurbanova

11. İnformatika və cəbr kafedrasının müəllimi Lalə Rəhimova

12. İnformatika və cəbr kafedrasının müəllimi Səbinə Babayeva

13. İnformatika və cəbr kafedrasının müəllimi Leyla Mehdiyeva

14. İnformatika və cəbr kafedrasının müəllimi Arzu Cəfərova

15. İnformatika və cəbr kafedrasının müəllimi Nailə Cabbarova

16. Riyaziyat –informatika müəllimliyi ixtisası, IV kurs tələbəsi Kərimova Fidan

17. Riyaziyat–informatika müəllimliyi ixtisası, IV kurs tələbəsi Əmiraslanlı Nəzrin

18. Riyaziyat müəllimliyi ixtisası, I kurs tələbəsi Hüseynzadə Leysan Eləcə də Riyaziyyat-informatika fakultəsinin bir qrup tələbələri.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Elmi seminarın sədri, İnformatika və cəbr kafedrasının baş müəllimi, p.ü.f.d. İlhamə Zeynalova elmi seminarı açıq elan etdi, iştirakçıları və məruzəçiləri salamlayaraq onlara ugurlar arzuladı.

İnformatika və cəbr kafedrasının müdiri, dos. İlqar Cabbarov qeyd etdi ki, günümüzün reallıqları sübut edir ki, hazırda ölkəmizdə elm sahəsində aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Eyni zamanda, elm adamlarının daha da fəallaşması, ölkədə həyata keçirilən islahatların elmi əsaslarının işlənib hazırlanmasında xüsusi fəallıq göstərilməsi tələb edir. Məlumdur ki, ən əhəmiyyətli nəticə nəzəri və praktiki biliklərin birləşməsindən əldə edilir. Başqa sözlə desək, praktiki əhəmiyyəti olmayan nəzəri düşüncələr bazar iqtisadiyyatının hökmran olduğu müasir dövrümüzdə tədricən sıradan çıxır. Dövrmüzdə elm adamlarının praktiki cəhətdən əhəmiyyətli olan təklif və tövsiyələrlə çıxış etməsi ölkənin davamlı sosial-iqtisadi inkişafının başlıca amillərindən biri kimi qəbul edilməlidir. Yalnız bu halda əldə edilmiş dinamik inkişafı davamlı inkişafa çevirmək mümkündür. Bu baxımdan mütəmadi elmi seminarların təşkil olunması təqdirə layiqdir. Elmi seminarın sədri, İ. Zeynalova plenar mövzulara dair siyahını oxumuş və çıxış üçün sözü məruzəçilərə vermişdir.

1. Vintvari xəttin tədqiqi, onun əyriliyi və buruqluğu Məruzəçi: RM 11 kurs tələbəsi Hüseynzadə Leysan Rüfət qızı Rəhbər müəllim: b/m.Qurbanova Ülkər

2. Şokolad məhsulları istehsalı və satışı ilə məşğul olan firmanın web saytının təqdimatı Məruzəçi: RİM 41 kurs tələbəsi Kərimova Fidan Rəhbər müəllim: P.ü.f.d. b/m.İlhamə Zeynalova

3. Səyahət web saytının yaradılması texnologiyası Məruzəçi: RİM 41 kurs tələbəsi Əmiraslanlı Nəzrin Rəhbər müəllim: Rəhimova Lalə

Məruzəçilərin çıxışları yekunlaşdıqdan sonra hər bir məruzə üzrə müzakirələr aparıldı, tələbələrə müvafiq suallar verildi. Məruzəçilər onlara verilən sualları qənaətbəxş cavablandırdılar. Məruzədə qoyulan məsələləri elmi və nəzəri cəhətdən izah etdilər. Sədr: İ. Zeynalova Katib: İ. Budaqov