SEÇİMƏ FƏNLƏRLƏ BAĞLI FƏNN MÜƏLLİMLƏRİ İLƏ GÖRÜŞÜLƏR DAVAM EDİR

24 aprel 2024-cü il tarixində Riyaziyyat – informatika fakültəsində keçiriləcək fənn seçimləri əlaqədar olaraq Təhsilin pedaqogikası və metodikası, Psixologiya kafedralarının əməkdaşları tələbələrlə görüş keçirmişlər. Onlar seçmə fənn bloklarına daxil olan fənlərin təsviri, məqsəd və hədəfləri haqqında tələbələrə məlumatlar vermiş, fənlərlə bağlı, fənlərin seçim proseduru haqqında tələbələrin suallarını cavablandırmışlar.