Category Archives: Xəbərlər

Riyaziyyat – informatika fakültəsində Monitorinq keçirildi

14 mart 2022-ci il tarixdə Riyaziyyat-informatika fakültəsində monitorinqlə bağlı dos.A.İ.Quliyevin rəhbərliyi ilə iclas keçirildi. İclasda monitorinq qrupunun üzvləri, Riyaziyyat-informatika fakültəsinin dekanı dos.O.Hüseynov, tədris işləri üzrə dekan müavini dos.R.Məmmədov iştirak edirdilər. İclasdan sonra monitorinq qrupunun üzvləri fakültədə cədvəl üzrə keçirilən dərslərdə iştirak etdilər

8 mart – Beynəlxalq Qadınlar günüdür

Əziz xanımlar Sizi 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir və ən xoş arzularımızı bildiririk.   Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

Read More

XOCALI SOYQIRIMI – QANLI GECƏ

1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Şübhəsiz, bu

Read More

2 fevral – Azərbaycan Gəncləri Günüdür

Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün

Read More

20 YANVAR – tariximizin qan yaddaşı

13.01.2022-ci il tarixdə Riyaziyyat informatika fakultəsinin 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş “20 yanvar – tariximizin qan yaddaşı” adlı anım tədbiri kecirilmişdir. Tədbirdə universitetin humanitar işlər üzrə prorektoru dosent Fətəliyeva Gülsüm, fakultənin dekanı dosent Oruc Hüseynov, tədris işləri üzrə dekan müavini Rauf Məmmədov, humanitar işlər üzrə dekan müavini Nurəngiz Bəşirova, dos. Tahir Məmmədov,

Read More

20 YANVAR – QAN YADDAŞIMIZ

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. 1990-cı il yanvarın 19-dan 20-nə

Read More

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram. Yeni il bayramı ərəfəsində xalqımız başqa bir əziz bayramını – 31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Gününü də böyük həvəslə qeyd edir. Belə günlərdə milli duyğu və düşüncələrimiz aşıb-daşır,

Read More

Ümummilli lider Heydər Əliyevin 98-ci il dönümü

07.05.2021-ci il tarixdə Riyaziyyat informatika fakultəsinin Microsof Tims proqramı vasitəsilə Ümummilli lider Heydər Əliyevin 98-ci il dönümünə həsr olynmuş tədbir keçirilmişdir. Tədbirdə Universitetin humanitar işlər üzrə prorektoru dos.G.Fətəliyeva, İRF şöbəsinin müdürü A.Qasımova, fakultənin dekanı dos.O.Hüseynov, dekan müavini N.Bəşirova, THT sədri N.Əlili  və fakultənin tələbələri iştirak etmişlər. Tədbirdə ilk olaraq  humanitar məsələlər üzrə prorektor dos. Gülsüm

Read More

Şərəfli alim ömürünün 80 – ci baharı.

Fizika – riyaziyyat elmləri doktoru, professor Şəmsəddin Mütəllim oğlu Mütəllimov 1941-ci il may ayının 20-də Siyəzən rayonunun Ağ Siyəzən kəndində anadan olmuşdur. O, ibtidai təhsilini doğulduğu kənddə, 7 illik təhsilini isə qonşu Xişkədar kəndindəki məktəbdə almışdır. Mütəllimovlar ailəsinin Siyəzən royonuna köçməsi ilə əlaqədar olaraq Şəmsəddin təhsilini rayonun C.Cabbarlı adına orta məktəbində davam etdirmiş və 1958-ci

Read More

MƏKTƏBLƏ ƏMƏKDAŞLIQ ARTIR

11 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasının Əhməd Cavad adına 2 saylı tam orta məktəbində pedaqoji təcrübədə olan  IY kurs tələbəsi İltimas Pirverdiyevanın IX sinifdə Riyaziyyat fənnindən “Kvadratik funksiyalarn qrafiki” mövzusunda sınaq dərsi olmuşdur. Sınaq dərsində Universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Fəxrəddin Məmmədov, Riyaziyyat-informatika fakültəsinin dekanı dosent

Read More