2 FEVRAL AZƏRBAYCAN GƏNCLƏR GÜNÜ

2 fevral – Azərbaycan Gəncləri Günüdür. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edilib.Gəncə Dövlət Universitetində 2 fevral Gənclər gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlərdə Riyaziyyat – informatika fakultəsinin tələbələrindən – Riyaziyyat müəllimliyi 4-cü kurs tələbəsi Nuğay Ağdərəli, Riyaziyyat və informatika müəllimliyi 4-cü kurs tələbəsi Ağca Abdullayeva, İnformatika müəllimliyi 4-cü kurs tələbəsi Könül Ədilova fəxri fərmanlarla təltif olunmuşlar.Əziz gənclər 2 fevral gənclər gününüz mübarək!