Elmi seminar keçirildi

8 may 2024-cü il tarixində saat 13:30-da Riyaziyyat – informatika fakültəsində İnformatika və cəbr kafedrasinin Tələbə Elmi Cəmiyyəti ilə Elmi seminarı keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Elmi seminarın sədri, İnformatika və cəbr kafedrasının baş müəllimi, p.ü.f.d. İlhamə Zeynalova elmi seminarı açıq elan etdi, iştirakçıları və məruzəçiləri salamlayaraq onlara ugurlar arzuladı.

Elmi seminarın sədri, İ. Zeynalova plenar mövzulara dair siyahını oxumuş və çıxış üçün sözü  məruzəçilərə vermişdir. Məruzəçilər aşağıdakı ardıcıllıqla çıxış etmişlər:

1. Əməliyyat sistemlərinin təhlükəsizliyi

Məruzəçi: RM 31 kurs tələbəsi

Məmmədova Əmbiyyə

Rəhbər müəllim: b/m. Əsgərova Tamella

2. DHCP server

Məruzəçi: RİM 31 kurs tələbəsi

Hümbətova Zəhra

Rəhbər müəllim: b/m. Əsgərova Tamella

Məruzəçilərin çıxışları maraqla izləndikdən sonra hər bir məruzə üzrə müzakirələr aparıldı, tələbələrə müvafiq suallar verildi. Məruzəçilər onlara verilən sualları qənaətbəxş cavablandırdılar. Məruzədə qoyulan məsələləri elmi və nəzəri cəhətdən izah etdilər.