Ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Elmi seminarı keçirildi

16 may 2024-cü il tarixində saat 12:00-da Gəncə Dövlət Universitetinin Riyazi analiz kafedrasının Tələbə Elmi Cəmiyyəti ilə birgə Elmi seminarı keçirilmişdir.

GÜNDƏLİK MƏSƏLƏLƏR:

  1. Elmi seminarda tələbələrin çıxışları.
  2. Elmi seminarda çıxış edən məruzəçi tələbələrin çıxışlarının müzakirəsi.

İŞTİRAK ETDİLƏR:

  1. Riyaziyyat – informatika fakültəsinin dekanı, dos.Oruc Hüseynov
  2. Humanitar məsələlər üzrə dekan müavini Nurəngiz Bəşirova
  3. Riyazi analiz kafedrasını müdiri, prof. Orucəli Rzayev
  4. Ümumi riyaziyyat kafedrasının müdiri, dos.Sübhiyyə Zeynallı
  5. Riyazi analiz kafedrasının dosenti Tahir Məmmədov
  6. Riyazi analiz kafedrasının dosenti Nazim Neymətov
  7. Riyazi analiz kafedrasının dosenti Zəfər Abbasov
  8. İnformatika və cəbr kafedrasının dosenti Gülmira Verdiyeva
  9. Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Familə Səfərova
  10. Riyaziyat müəllimliyi ixtisası, II kurs tələbəsi Məmmədova Əmbiyyə
  11. Riyaziyat və informatika müəllimliyi ixtisası, II kurs tələbəsi Xədicə Məmmədova
  12. Riyaziyat və informatika müəllimliyi ixtisası, II kurs tələbəsi Rəbiyyə Hacıyeva
  13. Riyaziyat və informatika müəllimliyi ixtisası, I kurs tələbəsi Vahid Qurbanov

Eləcə də Riyaziyyat-informatika fakultəsinin bir qrup tələbələri.

E Ş İ D İ L D İ :

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış üçün sözü məruzəçilərə vermişdir.

1. Həqiqi oxda çoxluqlar.

Məruzəçi: Riyaziyat və informatika müəllimliyi ixtisası, II kurs tələbəsi Rəbiyyə Hacıyeva

Rəhbər müəllim: Dos.Tahir Məmmədov

2.Lopital qaydasının tətbiqi ilə qeyri müəyyənliklərin açılışı.

Məruzəçi: Riyaziyat və informatika müəllimliyi ixtisası, II kurs tələbəsi Xədicə Məmmədova

Rəhbər müəllim: Dos.Zəfər Abbasov

3.Törəmə vasitəsi ilə funksiyanın qrafikinin qurulması

Məruzəçi: Riyaziyat və informatika müəllimliyi ixtisası, I kurs tələbəsi Vahid Qurbanov

Rəhbər müəllim: Günay Yusifova

Məruzəçilərin çıxışları maraqla izləndikdən sonra hər bir məruzə üzrə müzakirələr aparıldı, tələbələrə müvafiq suallar verildi. Məruzəçilər onlara verilən sualları qənaətbəxş cavablandırdılar. Məruzədə qoyulan məsələləri elmi və nəzəri cəhətdən izah etdilər.