Qardaş Türkiyə, biz səninləyik

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda 7,4 bal gücündə baş verən zəlzələ böyük bir ərazidə dəhşətli dağıntılara səbəb olub. Nəticədə bir sıra böyük şəhərlər də daxil olmaqla zəlzələ bölgəsində çoxsaylı hündür mərtəbəli binalar çöküb və dəhşətli faciə baş verib. Dağıntılar altında yüzlərlə insan qalıb və xilasedicilərin əməliyyatı davam edir.

Bu gün Gəncə Dövlət Universitetinin Riyaziyyat informatika fakültəsinin əməkdaşları Qardaş Türkiyənin Gəncə şəhərindəki səfirliyini ziyarət edərək Qardaş Türkiyədə baş verən təbii fəlakət çoxsaylı insan təlafatı ilə nəticələnən sarsıdıcı zəlzələ ilə bağlı olaraq dərin hüzünlə baş sağlığı verərək, bildirmişlər ki, bu üzücü xəbər hər birimizi Azərbaycanlı olaraq dərindən sarsıtdı. Dərdinizə şərik olur və Sizlərə Uca Allahdan tez bir zamanda təbii fəlakətlə bağlı nicat tapmağınızı təmənna edirik.