Category Archives: Xəbərlər

Fakültəmiz imtahan ərəfəsində

Riyaziyyat və informatika fakültəsində artıq 05.01. 2026-cı ilin payız imtahan sesiyası başlandı. Cədvəl üzrə imtahanlar normal gedir. Tələbələrə imtahana qədər ballar əvvəlcədən verilmiş və fakültənin məlumat güləşində yerləşdirilmişdir. Universitetdə imtahanlar iki üsulla keçirilir – yazılı və test. Keçirilən imtahanlara tələbələr tam məsuliyyətlə hazırlaşıblar. Əvvəlcədən tələbələrə yazılı imtahanın sualları, mühazirə mətnləri vaxtında verilib və eləcə də

Daha ətraflı

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

 Xalqların öz mövcudluğunu qoruyub saxlaması və inkişafı siyasi, iqtisadi, mədəni və tarixi əhəmiyyət kəsb edən bir sıra amillərlə bağlıdır. Lakin ən əsası, tarixin bütün dövrlərində müxtəlif xalqlar, millətlər üçün həlledici faktor kimi çıxış etmiş milli identiklik, həmrəylik və özünüdərkdir. Bu baxımdan, Azərbaycan xalqının milli həmrəylik və bütövlüyünün təmin olunması milli identikliyin təmini sayəsində mümkün olub.

Daha ətraflı

Fakültə Elmi Şurasının növbəti iclası keçirildi

  26 dekabr 2025-ci il tatixdə saat 11:00-da  Fakültə Elmi Şurasının növbəti iclası keçirildi. GÜNDƏLİK MƏSƏLƏLƏR: 1.R.u.f.d., dos.O.Hüseynov 2. R.ü.f.d.,b/m.R.Məmmədov 3. T.ü.f.d., b/m.N.Bəşirova 4. R.ü.e.d.,Prof. O.Rzayev 5. R.ü.f.d.,dos.İ. Cabbarov 6. R.ü.f.d. dos.S.Zeynallı 7. b.m.,N.İsmayılov (FHT-nın sədri) 8. P.e.d.M.Həsənova 9. R.ü.f.d.,dos.T.Məmmədov 10. R.ü.f.d.,dos.N. Neymətov 11. P.ü.f.d.,dos.G.Verdiyeva 12. P.ü.f.d.,b.m.E.Cəfərli 13. P.ü.f.d. b/m. V.Qarayeva 14. L.Paşayeva (fakültə THT-nin

Daha ətraflı

“Verilənlər bazası ilə iş” mövzusunda açıq dərs keçirildi

25 dekabr 2025-ci il tarixdə İnformatika və cəbr kafedrasının müəllimi Arzu Cəfərovanın Riyaziyyat və İnformatika müəllimliyi IV kursunda İnformatikanın tədrisi metodikası fənnindən laboratoriya dərsi keçirildi. Mövzu “Verilənlər bazası ilə iş”. Məlumdur ki, orta məktəblərdə verilənlər bazasının öyrədilməsinin əsas məqsədi, şagirdlərdə məlumatların saxlanması , idarə edilməsi və emalı haqqında ümumi təsəvvür yaratmaq , SQL – in

Daha ətraflı

ADA Universitetinin əməkdaşları ilə görüş

Gəncə Dövlət Universitetində ADA Universitetinin əməkdaşı Natiq Məhəmmədlinin iştirakı ilə infosessiya təşkil olunub. Riyaziyyat və İnformatika fakültəsində təşkil olunan təqdimatda,  Natiq Məhəmmədli qeyd edib ki, ADA universiteti GDU tələbələri üçün İT sahəsində təlimlərdə iştirak imkanı təqdim edir. Bu proqram ADA universitetinin akademik heyəti və İT sahəsində yüksək təcrübəyə malik peşəkar mütəxəssislər tərəfindən həyata keçiriləcək. Tədris

Daha ətraflı

“Kompleks ədədlər sistemi” mövzusunda açıq dərs keçirildi.

17 dekabr 2025-ci il tarixdə İnformatika və Cəbr kafedrasının baş müəllimi t.f.d.Natavan Həsənovanın Ədədi sistemlər fənnindən Riyaziyyat müəllimliyi 2 kursunda “Kompleks ədədlər sistemi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə əvvəlcə müəllim tələbələrlə sorğu apararaq kompleks ədələr haqqında fikirləri öyrəndi. Sonra kompleks ədədlər sisteminin aksiomlarını verdi, teoremləri isbat etdi. Burada əsasən kateqoriyalılığa və ziddiyyətsizliyə aid teoremlər

Daha ətraflı

“Məktəbdə informatika tədrisinin xüsusi metodikası. Baza kursu: kompüter şəbəkələrinin tədrisi.” mövzusunda açıq dərs keçirildi.

12 dekabr 2025-ci il tarixdə İnformatika və Cəbr kafedrasının baş müəllimi Samirə Babayevanın İnformatikanın tədrisi metodikası fənnindən Riyaziyyat və İnformatika müəllimliyi 4 kursunda “Məktəbdə informatika tədrisinin xüsusi metodikası. Baza kursu: kompüter şəbəkələrinin tədrisi.” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə orta məktəblərin baza kursunda kompüter şəbəkələrinin tədris olunma prosesi tələbələrə izah olundu. Siniflər üzrə təhsil standartlarına

Daha ətraflı

Hörmət və ehtiramla yad edirik

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının növbəti ildönümü ərəfəsində, ölkənin bütün təhsil müəssisələrində olduğu kimi, Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika Ffakültəsində də dərin hörmət və ehtiramla anım tədbiri keçirilmişdir. 12 dekabr 2025-ci il tarixində baş tutan bu tədbirə fakültənin professor-müəllim heyəti və çoxsaylı tələbələr qatılmışdır. Tədbirin əsas məqsədi Azərbaycan dövlətçiliyinin qurucusu, müstəqil Azərbaycanın

Daha ətraflı

“İnformasiya təhlükəsizliyi prinsipləri” mövzusunda açıq mühazirə dərsi keçirildi.

3 dekabr 2025-ci il tarixdə İnformatika və Cəbr kafedrasının dosenti elmlər doktoru Mehriban Həsənovanın Riyaziyyat və informatika müəllimliyi ixtisasının ll kursunda İnformatikanın nəzəri əsasları fənnindən “İnformasiya təhlükəsizliyi prinsipləri” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi tələbələrdə informasiya təhlükəsizliyinin əsas anlayışları (təhlükə, zəiflik, risk), təhlükəsizlik siyasətləri və beynəlxalq standartlar (ISO/IEC 27001, NIST), eləcə də CIA

Daha ətraflı

“Yüksək dərəcəli tənliklərin həlli metodları” mövzusunda açıq dərs keçirildi

1 dekabr 2025-ci il tarixdə Ümumi  riyaziyyat kafedrasının müəllimi Babayeva Humayın Riyaziyyat müəllimliyi 4² kursunda Elementar riyaziyyat və məsələ həlli praktikumu fənnindən açıq seminar dərsi keçirildi. Açıq dərsin mövzusu “Yüksək dərəcəli tənliklərin həlli metodları”-dır. Açıq dərsdə keçmiş mövzular haqqında tələbələrlə sual-cavab aparıldı. Dərsin məqsədi tələbələrdə yüksək dərəcəli tənliklərin həlli ilə bağlı analitik düşünmə bacarıqlarını inkişaf etdirmək

Daha ətraflı