“Mathcad mühitində standart funksiyalardan istifadə” mövzusunda açıq dərs keçirilmişdir

15.12.2022-ci il tarixdə İnformatika və Cəbr kafedrasının müəllimi Arzu Cəfərovanın Kompüterdə modelləşmə fənnindən İnformatika müəllimliyi 3 kursunda “Mathcad mühitində standart funksiyalardan istifadə” mövzusunda açıq dərs keçirilmişdir. Mathcad mühitində proqram tərtibi üçün obyektlərdən, riyazi məsələlərin həlli üçün standart funksiyalardan istifadə etmək bacarığına yiyələnmək. Hesabat bloklarını tərtib etmək vərdişlərini formalaşdırmaq. Açıq dərsdə fakültə dekanı dos.O.M.Hüseynov,dos.İ.Cabbarov, dos.T.C.Məmmədov, dos.G.Verdiyeva, b.m.İ.Zeynalova və kafedranın digər əməkdaşları iştirak etmişlər. Dərs yüksək səviyyədə qiymətləndirilmişdir.