“Python dilində dövr operatorları” mövzusunda açıq dərs keçirilmişdir.

6 dekabr 2022-ci il il tarixdə İnformatika və cəbr kafedrasının baş müəllimi Babayeva Şəkər Kompüter elmləri I kursunda Proqramlaşdırmanın əsasları-1 fənnindən mühazirə dərsi keçirilmişdir. “ Python dilində dövr operatorları” mövzusunda açıq dərsin məqsədi dövrü proseslərin proqramlaşdırılması bacarıqlarının aşılanmasıdır, Python proqramlaşdırma dilində dövrü proqramların tərtib edilməsi və onların proqramlaşdırma mühitində icra edilməsinə aid bilik, bacarıq və vərdişləri formalaşdırmaqdır. Açıq dərsdə Pythonda while və for dövr operatorları, range() daxili funksiyası, break və continue operaratorlarlı, sonsuz və mürəkkəb dövrər kimi suallara toxunulmuşdur və onlara aid çoxlu sayda tərtib olunmuş proqramlar prezetasiyada göstərilmişdir. Dərsdə fakültə dekanı dos.O.Hüseynov, kafedra müdiri dos.İ.Cabbarov, dos.Ü.Əfəndiyev, dos.T.Məmmədov Və kafedranın digər əməkdaşları iştirak etmişlər.