Category Archives: Xəbərlər

Tələbələrimizin pedaqoji təcrübəyə hazırlığı

Gəncə Dövlət Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Kompüter elmləri ixtisaslarının IV kursları və Riyaziyyat və informatika müəllimliyinin V kurs tələbələri ilə Təcrübə və karyera söbəsinin müdri dos.Cabbar Qarayevin, fakültə dekanı dos.Oruc Hüseynovun, İnformatika və cəbr kafedrasının müdiri dos.İlqar Cabbarovun və Ümumi riyaziyyat kafedrasının müdiri dos.Sübhiyyə Zeynallının görüşü keçirildi. Görüşdə Oruc müəllim

Daha ətraflı

Monitorinq keçirildi

Universitetimizdə təhsilin keyfiyyətinin artırılması məqsədi ilə monitorinq keçirilir. 21 noyabr 2025-ci il tarixində Dos.Allahverdi Quliyevin rəhbərliyi ilə Universitet üzrə yaradılmış monitorinq qrupu Riyaziyyat və informatika fakültəsinin II növbənin 2-ci saatında olan dərslərdə aparılmişdir. Əvvəlcə fakültə dekanı dos.Oruc Hüseynov və dos. Allahverdi Quliyev monitorinq qrupunun üzvləri ilə qisa iclas keçirdi. Sonra monitorinq qrupu dərslərdə iştirak etdilər.

Daha ətraflı

Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirildi

20 noyabr 2025-ci il tarixində saat 12.00-da Gəncə Dövlət Universiteti Riyaziyyat və informatika fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi elmi seminar keçirildi. Seminara başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və Azərbaycan Respublikasının Azadlığı Uğrunda canlarından keçmiş Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilidi. Sonra çıxış üçün söz Kompüter elmləri ixtisasının II kurs tələbəsi Bərzamin

Daha ətraflı

“MS Access proqramında verilənlər bazasının yaradılması, hesabatların hazırlanması və çapı” mövzusunda açıq dərsi keçirildi

14 noyabr 2025-ci il tarixində Riyaziyyat və informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının müəllimi Lalə Rəhimovanın Riyaziyyat və informatika müəllimliyi ixtisasının III-1 kursunda Tətbiqi proqram paketləri fənnindən “MS Access proqramında verilənlər bazasının yaradılması, hesabatların hazırlanması və çapı” mövzusunda açıq laboratoriya dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən tələbələrdə müasir informasiya texnologiyalarından peşəkar səviyyədə bacarığı formalaşdırmaq və

Daha ətraflı

“Orta məktəb riyaziyyat müəlliminin peşəkarlıq bacarıqlarının istiqamətləri” mövzusunda açıq dərs keçirildi

13 noyabr 2025-ci il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Afət Qurbanovanın Riyaziyyat müəllimliyi 4 kursunda Orta məktəb riyaziyyat proqramının təhlili fənnindən açıq seminar dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Orta məktəb riyaziyyat müəlliminin peşəkarlıq bacarıqlarının istiqamətləri”-dır. Açıq dərsdə keçmiş mövzular haqqında tələbələrlə sual-cavab aparıldı. Fənnin məqsəd fənnin tədrisində orta məktəb riyaziyyat proqramının tələbələrə nəyi biləcəkləri, nəyə

Daha ətraflı

8 NOYABR ZƏFƏR GÜNÜ

Yəqin hər kəs bu fikirlə razılaşar. Biz 30 ilə yaxın bir müddətdir ki, torpaqlarımızın işğalda olması gerçəyi ilə yaşayırdıq. Uşaqlarımız, gənclərimiz bu tarixi öyrənərək böyüyürdü. Məktəbə  başlayan kiçik  uşağın ilk öyrəndiyi sözlərdən biri Şuşa olurdu. İllər ötdü, həmin kiçik uşaq böyüdü və bu tarixi dəyişdi. Biz bu gün ilk növbədə Cənab Ali Baş Komandanın, sonra

Daha ətraflı

“Qeyri müəyyən inteqral anlayışı. Qeyri müəyyən inteqralın xassələri” mövzusunda açıq mühazirə dərsi keçirildi

5 noyabr 2025-ci il tarixdə Riyazi analiz kafedrasının baş müəllimi Səbinə İbrahimovanın Kompüter elmləri ixtisasının 1 kursunda Riyazi analiz-1 fənnindən açıq mühazirə dərsi keçirildi. Açıq dərs “Qeyri müəyyən inteqral anlayışı. Qeyri müəyyən inteqralın sadə xassələri. İnteqrallama üsulları. Sadə kəsrlərin inteqrallaması. İrrasional funksiyaların inteqrallanması” mövzusunda oldu. Ümumiyyətlə, müəllim dərsdə ilk olaraq keçmiş dərsləri sorğu-sualla təkrar etdi.

Daha ətraflı

Qürur Günümüz 8 Noyabr Zəfər Günü

30 Oktyabr 2025-ci il tarixində Riyaziyyat və İnformatika Fakültəsində Azərbaycanın qüdrətini və milli birliyini nümayiş etdirən, tariximizin şanlı səhifəsi olan 8 Noyabr – Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Fakültənin professor-müəllim heyəti və tələbələri Vətən müharibəsində qazanılan qələbənin əzəmətini bir daha qeyd etdilər. Tədbir, fakültənin tələbələrinin ifasında Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Himninin səslənməsi

Daha ətraflı

Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə ustad dərsi keçirilmişdir

Gəncə Dövlət Universitetində son illər ərzində aparılan səmərəli tədris, elmi- tədqiqat, tərbiyə işlərinin, beynəlxalq əlaqələrin şəhərimizin ümumtəhsil məktəblərində təbliği ilə əlaqədar olaraq 29. 10. 2025 – ci il tarixdə Gəncə şəhər 17 nömrəli tam orta məktəbində Riyazi analiz kafedrasının dosenti Tahir Məmmədovun “Çoxluqlar və limitlər” mövzusunda ustad dərsi keçirilmişdir. Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri

Daha ətraflı

“Riyaziyyatın bəzi klassik problemləri və onların həlli yolları” mövzusunda elmi seminar keçirildi

29 oktyabr 2025-ci il tarixdə Riyaziyyat və informatika fakültəsində elmi seminar keçirildi. Mövzu: Riyaziyyatın bəzi klassik problemləri və onların həlli yolları Məruzəçi: İnformatika və cəbr kafedrasının müdiri dosent İlqar Cabbarov Məruzədə riyaziyyatın XVIII-XIX əsrlərdə qoyulmuş və lakin müasir dövrümüzdəki həlli məlum olmayan problemləri haqqında məlumat verildi. Məruzəçi bu problemlərin bəzilərinin həlli istiqamətində aparılan tədqiqatlar haqqında

Daha ətraflı