Monitorinq keçirildi

Universitetimizdə təhsilin keyfiyyətinin artırılması məqsədi ilə monitorinq keçirilir. 21 noyabr 2025-ci il tarixində Dos.Allahverdi Quliyevin rəhbərliyi ilə Universitet üzrə yaradılmış monitorinq qrupu Riyaziyyat və informatika fakültəsinin II növbənin 2-ci saatında olan dərslərdə aparılmişdir. Əvvəlcə fakültə dekanı dos.Oruc Hüseynov və dos. Allahverdi Quliyev monitorinq qrupunun üzvləri ilə qisa iclas keçirdi. Sonra monitorinq qrupu dərslərdə iştirak etdilər. Monitorinq üzvləri mühazirə, seminar, praktik məşğələ, laboratoriya dərslərində fənn proqramları, fənnin sillabusları, mühazirə və praktik məşğələlərin mövzularını yoxladılar. Dərslər bitdikdən sonra fakültənin dekanı dos.Oruc Hüseynov, dekan müavini r.f.d.Rauf Məmmədovun və monitorinq üzvləri dos.Allahverdi Quliyev, dos.Elvin Atakişiyev, dos.Rasim Hüseynov, dos.Yəhya Namazov, dos.Cəfər İbrahimov, dos.Sahil İbrahimli, dos.İlqar Cabbarov, dos.Pərvanə Hüseynova, dos. Mətanət Rzayeva, dos.Mətanət Sadıqova və b.m.Telli Cabarovanın iştirakı ilə nəticələr müzakirə olundu. Yekunda dekanlıqda monitorinqin nəticələri müzakirə edildi, irad və təkliflər eşidildi və müvafiq qərar qəbul olundu.