


13 noyabr 2025-ci il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Afət Qurbanovanın Riyaziyyat müəllimliyi 4 kursunda Orta məktəb riyaziyyat proqramının təhlili fənnindən açıq seminar dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Orta məktəb riyaziyyat müəlliminin peşəkarlıq bacarıqlarının istiqamətləri”-dır. Açıq dərsdə keçmiş mövzular haqqında tələbələrlə sual-cavab aparıldı. Fənnin məqsəd fənnin tədrisində orta məktəb riyaziyyat proqramının tələbələrə nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnməkləridir. Sonra müəllim məktəb dərsliyində olan mövzunun təhlilini tələbələrlə birlikdə təhlil etdi və təhlildə iştirak edən tələbələri qiymətləndirdi.
Dərsdə fakültə dekanı dos. Oruc Hüseynov, kafedra müdiri dos. Sübhiyyə Zeynallı, dos.Nazim Neymətov, dos.Gülmira Verdiyeva, pdf, b.m.Esmira Cəfərli, müəllim Şərafət Hüseynova, müəllim Mətanət Həsənova, müəllim Ramidə Həsənova və kafedranın digər müəllimləri iştirak etmişlər. Sonra açıq dərs müzakirə edildi.