

Gəncə Dövlət Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Kompüter elmləri ixtisaslarının IV kursları və Riyaziyyat və informatika müəllimliyinin V kurs tələbələri ilə Təcrübə və karyera söbəsinin müdri dos.Cabbar Qarayevin, fakültə dekanı dos.Oruc Hüseynovun, İnformatika və cəbr kafedrasının müdiri dos.İlqar Cabbarovun və Ümumi riyaziyyat kafedrasının müdiri dos.Sübhiyyə Zeynallının görüşü keçirildi. Görüşdə Oruc müəllim çıxış edərək tələbələrin gələcəkdə karyer qazanmaqları üçün onların yaz semestri ərzində pedaqoji təcrübələrdə iştiraklarının vacibliyini vurğuladı. Sonra Cabbar müəllim tələbələrin Gəncə ərazisində hansı məktəblərdə pedaqoji təcrübədə olacaqlarını bildirdi.