“MS Access proqramında verilənlər bazasının yaradılması, hesabatların hazırlanması və çapı” mövzusunda açıq dərsi keçirildi

14 noyabr 2025-ci il tarixində Riyaziyyat və informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının müəllimi Lalə Rəhimovanın Riyaziyyat və informatika müəllimliyi ixtisasının III-1 kursunda Tətbiqi proqram paketləri fənnindən “MS Access proqramında verilənlər bazasının yaradılması, hesabatların hazırlanması və çapı” mövzusunda açıq laboratoriya dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən tələbələrdə müasir informasiya texnologiyalarından peşəkar səviyyədə bacarığı formalaşdırmaq və onların gəlkəcək ixtisas fəaliyyətində bu bilikləri tətbiq etməsini təmin etməkdir. Müəllim slaydla MS Accsses proqramında tələbələrlə birlikdə yeni proqram quraraq izahat apardı. Açıq dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, dos.Sübhiyyə Zeynallı, dos.Gülmira Verdiyeva, dos.Nazim Neymətov, dos.Kəmalə Salmanova, dos.Günay Salmanova, baş müəllim Səbinə Babayeva, müəl.İsmət Budaqov və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda açıq dərs müzakirə olundu.