“Qeyri müəyyən inteqral anlayışı. Qeyri müəyyən inteqralın xassələri” mövzusunda açıq mühazirə dərsi keçirildi

5 noyabr 2025-ci il tarixdə Riyazi analiz kafedrasının baş müəllimi Səbinə İbrahimovanın Kompüter elmləri ixtisasının 1 kursunda Riyazi analiz-1 fənnindən açıq mühazirə dərsi keçirildi. Açıq dərs “Qeyri müəyyən inteqral anlayışı. Qeyri müəyyən inteqralın sadə xassələri. İnteqrallama üsulları. Sadə kəsrlərin inteqrallaması. İrrasional funksiyaların inteqrallanması” mövzusunda oldu. Ümumiyyətlə, müəllim dərsdə ilk olaraq keçmiş dərsləri sorğu-sualla təkrar etdi. Sonra yeni dərsə keçmək üçün ibtidai funksiyanın tapılması məsələsini və onun həllini izah etdi. Qeyri müəyyən inteqralın tərifini və bir çox xassələrini qeyd etdi. Daha sonra elementar funksiyaların inteqdallanmasını qeyd etdi. Açıq dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, kafedra müdiri prof.Orucəli Rzayev, dos.Sübhiyyə Zeynallı, dos.Tahir Məmmədov, dos.Nazim Neymətov, p.f.d.,baş müəllim Esmira Cəfərli və kafedranın digər əməkdaşları açıq dərsdə iştirak etdilər. Açıq dərs sonda müzakirə edildi.