Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə ustad dərsi keçirilmişdir

Gəncə Dövlət Universitetində son illər ərzində aparılan səmərəli tədris, elmi- tədqiqat, tərbiyə işlərinin, beynəlxalq əlaqələrin şəhərimizin ümumtəhsil məktəblərində təbliği ilə əlaqədar olaraq 29. 10. 2025 – ci il tarixdə Gəncə şəhər 17 nömrəli tam orta məktəbində Riyazi analiz kafedrasının dosenti Tahir Məmmədovun “Çoxluqlar və limitlər” mövzusunda ustad dərsi keçirilmişdir.

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Riyazi analiz kafedrasının müdiri professor Orucəli Rzayev, Riyaziyyat və informatika fakültəsinin dekan müavini dosent Rauf Məmmədov, 17 nömrəli tam orta məktəbin direktoru Esmira Həsənova, direktor müavini Rza Ələsgərov, orta məktəbin fənn müəllimləri və yuxarı sinif şagirdləri iştirak edirdilər.

Mərurəziçi Tahir Məmmədov çıxışında qeyd etdi ki, Çoxluqlar nəzəriyyəsi, çoxluqların ümumi xassələrini öyrənən riyaziyyatın bir bölməsidir və alman riyaziyyatçısı tərəfindən əsası qoyulmuşdur. Bu nəzəriyyə, riyaziyyatın demək olar ki, bütün sahələrində ortaq terminologiya və anlayışlar yaratmağa imkan verir. «Çoxluq» isə elementləri müəyyən bir xüsusiyyətə malik olan obyektlərin toplusudur mövzu ilə əlaqədar olaraq tədbir iştirakçılarına geniş məlumat verdi. Dərs yekunlaşdıqdan sonra şagirdləri maraqlandıran suallara məruzəçi tərəfindən ətraflı məlumat verildi. Dərsdə fərqlənən şagirdlərə Riyaziyyata aid kitablar, universitetin bukletləri, diyirçəkli qələmlər, blaknotlar təqdim olundu.