


20 noyabr 2025-ci il tarixində saat 12.00-da Gəncə Dövlət Universiteti Riyaziyyat və informatika fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi elmi seminar keçirildi. Seminara başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və Azərbaycan Respublikasının Azadlığı Uğrunda canlarından keçmiş Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilidi.
Sonra çıxış üçün söz Kompüter elmləri ixtisasının II kurs tələbəsi Bərzamin Eyvazova verildi. (Rəhbər müəllim Asif Həsənov). Bərzamin əvvəlcə “Əməliyyat sitemlərində kibertəhlükəsizlik.” mövzusunu geniş şəkildə izah etdi. Sonra praktiki yolla göstərdi.
Sonda müəllimlər və tələbələrin sualları cavablandırıldı müəyyən müzakirələr aparıldı və çıxış bəyənildi. Seminarda fakültə dekanı, kafedra müdirləri, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etdirlər.