





29 oktyabr 2025-ci il tarixdə Riyaziyyat və informatika fakültəsində elmi seminar keçirildi.
Mövzu: Riyaziyyatın bəzi klassik problemləri və onların həlli yolları
Məruzəçi: İnformatika və cəbr kafedrasının müdiri dosent İlqar Cabbarov
Məruzədə riyaziyyatın XVIII-XIX əsrlərdə qoyulmuş və lakin müasir dövrümüzdəki həlli məlum olmayan problemləri haqqında məlumat verildi. Məruzəçi bu problemlərin bəzilərinin həlli istiqamətində aparılan tədqiqatlar haqqında və onların həll yolları barədə geniş məlumat verdi. O qeyd etdi ki, belə tədqiqatlar məruzəçi tərəfindən keçən əsrin 90-cı illərindən başlayaraq aparılmağa başlamışdı. Son on il ərzində bu işlər AMEA Riyaziyyat və Mexanika institutu Diferensial Tənliklər şöbəsinin baş elmi işçisi professor M.Bayramoğlunun da iştirakı ilə doktorantlarla birgə icra olunmuşdur. Alınmış nəticələr geniş ədəbiyyat siyahısında əks olunmuşdur. Bu işlər toplusunda diferensiallanan çoxobrazlılarda tenzor sahələrin quruluşu aydınlaşdırılmış, məxsusiyyət məsələləri həll olunmuş, sonsuz ölçüsü vahid kubda yeni ölçü verilmiş Kristensen məsələsinə cavab alınmışdır. Alınan nəticələrin çoxsaylı tətbiqləri göstərilmişdir. Dünyanın nüfuzlu elm mərkəzləri tərəfindən yüksək qiymətləndirilən bu işlərin əsas etibarı ilə Gəncə Dövlət Universitetində yerinə yetirilməsi qurur verici bir amildir.