“Qurma məsələləri” mövzusunda açıq dərs keçirildi

5 may 2023-cü il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Pərvin Mustafayevanın Riyaziyyat və İnformatika müəllimliyi 1-2 kursunda Elementar riyaziyyat-2 fənnindən açıq praktik məşğələ dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Qurma məsələləri”dir. Dərsdə qurmalar nəzəriyyəsi və onun etapları, qurma alətləri və onların funksiyaları, əsas münasibətlər, qurma aksiom və postulatları haqqında məlumatlar bakalavr təhsil sisteminə və Ali məktəb kurikulum təhsil prosesinə uyğun olaraq təşkil olunmuşdur. Tələbələrin qurmalar həndəsəsindən əldə etdikləri nəzəriyyəni sadə qurma məsələsinə tətbiq etməklə, onların iki etapla yerinə yetirə bilmələrini, qurma alətlərinin funksiyalarının icra edilmə imkanlarının praktik şəkildə, çalışmalar həlli vasitəsilə nümayiş etdirmək bacarıqlarıformalaşdırmaq açıq dərsin əsas məqsədi idi. Dərsdə kafedra müdiri dos. S.Zeynallı, dos.T.Məmmədov, R.f.d.R.Məmmədov, b.m.C.Məmmədova, b.m.E.Cəfərli, müəllim Ş.Hüseynova, müəllim A.Qurbanova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.