“HEYDƏR ƏLİYEV İRSİ MİLLİ SƏRVƏTİMİZDİR”

03.05.2023-cü il tarixində Riyaziyyat – informatika fakültəsində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi milli sərvətimizdir” adlı tədbir keçirilmişdir. Tədbirdə Ulu öndər Heydər Əliyev, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi ugrunda həyatlarını itirən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

            Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar Məslələr üzrə prorektoru dosent Gülsüm Fətəliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyatı və ictimai siyasi fəaliyyəti haqqında dəyərli məlumatlar səsləndirmişlər. G.Fətəliyeva qeyd etmişdir ki, Mayın 10-da Azərbaycan xalqının Ümümmilli lideri müstəqil Azərbaycan dövlətinin qurucusu görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının prezidenti İLHAM ƏLİYEV Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını qərara almışdır: Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi – siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasını işiğında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin Həyat amalının təntənəsidir.

Sonra Heydər Əliyevin həyat və siyasi fəaliyyətini  əks etdirən videoçarx nümayiş olunmuşdur. Tədbirdə Riyaziyyat və informatika 3 kurs tələbəsi Şamilov Elmir sazda ifa etmişdir. Aparıcılar Paşayeva Leyla və İsmayılov Ulu öndər Heydər Əliyevin həyatı haqqında blis sorğu keçirdilər. Fakültənin tələbələri fəallıq nümayiş etdirərək sualları cavablandırmışlar. İsgəndərova Güllər, Paşayeva Leyla və Həsənova Aysunun ifasında şerlər səsləndirilmişdir. Kompüter elmləri 2 kurs tələbəsi Məlikova Gülputa, Riyaziyyat müəllimliyi 1 kurs tələbələri Həsənova Aysu, Mahmudlu Aytac, Riyaziyyat və informatika müəllimliyi 2 kurs tələbələri Vəliyeva Nərgiz, Hüseynova Ramilənin ifasında milli rəqslər nümayiş olunmuşdur. Riyaziyyat və informatika müəllimliyi 1kurs Məhərrəmova Ulduz, Riyaziyyat müəllimliyi 1 kurs tələbələri Həsənova Aysu, Mahmudlu Aytac, Babayeva Günelin ifasında mahnılar səsləndirmişlər, onları Kompüter elmləri 1 kurs tələbəsi Tomuyev Əli gitarada müşayət etmişdir. Riyaziyyat informatika fakültəsinin tələbələrindən ibarət olan xorun ifasında “Can Azərbaycan” mahnısı səslənmişdir. Tədbirdə Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.