“Verilənlər bazasının idarəetmə sistemləri və yaradılması” mövzusunda açıq dərs keçirilmişdir

16.03.2023-cü il tarixdə İnformatika və Cəbr kafedrasının baş müəllimi Fərəh Zeynallının İnformasiya sistemləri və verilənlər bazası fənnindən Riyaziyyat və İnformatika müəllimliyi 3 kursunda “Verilənlər bazasının idarəetmə sistemləri və yaradılması” mövzusunda açıq dərs keçirilmişdir. Mövsuda verilənlər bazası haqqında məlumat verildi: verilənlər bazasını yaratmaq, hansı üsulla kompüterin daimi yaddaşında saxlanması izah edildi. Verilənlər bazası ilə işləmək üçün hansı proqramlardan istifadə etməyi göstərildi. Verilənlərin tipləri, növləri, modelləri haqqında geniş məlumat verildi. Əlaqəli cədvəllərin qurulması göstərildi, nisbətin üzərində bir çox əməliyyatlar aparıldı. MS ACCESS proqramının obyektin sahələri haqqında geniş məlumat verildi, makrosların, modulların, sorğuların və səhifələrin MS ACCESS proqramında yaradılması tətbiq olundu.

Açıq dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, kafedranın müdiri dos.İ.Cabbarov, dos.T.C.Məmmədov, , b.m.S.Babayeva, müəllim İ.Budaqov və kafedranın digər əməkdaşları iştirak etmişlər. Dərs yüksək səviyyədə qiymətləndirilmişdir.