TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN “BEYNƏLXALQ Π GÜNÜ”NƏ HƏSR OLUNMUŞ ELMİ  KONFRANSI KEÇİRİLDİ

14 mart   2023-cü il tarixində saat 1200-da Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin “Beynəlxalq π  günü”nə həsrnə həsr olunmuş elmi  seminar keçirilmişdir.

Seminarda Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Seminarda Riyaziyyat – informatika fakültəsinin dekanı dos.O.Hüseynov, tədris məsələləri üzrə dekan müavini r.f.d., b/m.R.Məmmədov, humanitar məsələlər üzrə dekan müavini t.f.d.N.Bəşirova, İnformatika və cəbr kafedrasının müdiri dos.İ.Cabbarov, Riyazi analiz kafedrasının dosenti A.Hüseynov, Riyazi analiz kafedrasının dosenti N.Neymətov və fakültənin tələbələri iştirak etmişlər.

Seminarda adları aşağıda qeyd olunan tələbələr məruzə ilə çıxış etmişlər.

1.Kvazi analitik funksiyalar sinfi.

Tələbə: Məmmədov Babək

Rəhbər müəllim: Yusifova Günay

2.Furye çevirməsinin istilikkeçirmə tənliklərinin həllinə tətbiqi.

Tələbə: İsmayılov İnqilab

Rəhbər müəllim: Abbasov Zəfər

3.Stiltes inteqralı və onun xassələri

Tələbə: Mehdiyeva Ləman

Rəhbər müəllim: İbrahimova Səbinə

Məruzəçilərin çıxışları yekunlaşdıqdan sonra hər bir məruzə üzrə tələbələrə müvafiq suallar verildi. Verilən suallara hər bir məruzəçi qənaətbəxş cavab verdi. Məruzədə qoyulan məsələləri elmi və nəzəri cəhətdən izah etdilər. Daha sonra çıxışlar açıq səsvermə yolu ilə qiymətləndirildi.

Məruzəçilər seminar iştirakçılarının suallarını  csvsblandırmışlar. Sual cavab diskusiyya şəklində aparılmışdır.