“Düzbucaqlılar və çoxbucaqlılar nəzəriyyəsi” mövzusunda açıq dərs keçirilmişdir

7 mart 2023-cü il tarixdə Ümumi riyaziyyat kafedrasının baş müəllimi Cəbərrüd Məmmədovanın Riyaziyyat və informatika müəllimliyi I kursunda Elementar riyaziyyat-2 fənnindən mühazirə dərsi keçirilmişdir. “Dördbucaqlılar və çoxbucaqlılar nəzəriyyəsi” mövzusunda açıq dərsin mahiyyəti orta məktəbdə tədris olunmayan bəzi teoremlərin, xassələrin şərh etmək, isbat üsulları haqqında məlumat verməklə müəyyən etməkdir.

Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, kafedra müdiri dos.S.Zeynallı, dos.T.Məmmədov, e.n.,b.m.R.Məmmədov, b.m.K.Qaybalıyeva, b.m.Ş.Hüseynova, müəllim P.Mustafayeva və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.