8 mart – Beynəlxaq Qadınlar Günüdür

8 mart – Beynəlxaq Qadınlar Günüdür. Yurdumuza bahar gəlir! Güllü-çiçəkli, yaşıl donlu, təbiəti oyadan, fikirləri, duyğuları təzələyən bahar. Baharın isə ilk müjdəçilərindən biri məhz 8 mart – Beynəlxalq Qadınlar Günüdür. Bütün dünyada qeyd edilən bu gün, xanımların ən sevimli və sevincli günlərindən biridir. Bizim leksikonumuzda qadınlar bayramı kimi yer alan bu tarix, təbii ki, hər bir qadının gözlədiyi gündür. Hər şeydən əvvəl ona görə ki, bayram özü ilə xoş əhval-ruhiyyə, yaxınlarınla daha isti təmas, bir də qadınların çox sevdikləri təbriklər gətirir.

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.

Təkcə bu gün yox, sabah da, o biri gün də daim üzünüz gülsün, əziz xanımlar! Qadın adını, ana adını və şərəfli nənə adını daşımağı hər bir azərbaycanlı xanıma arzu edirəm. Çünki onlar buna və bundan da yüksək, ali mənsəbə, hörmətə və məhəbbətə layiqdirlər.

Əziz qadınlar, hörmətli müəllimlər və tələbələr, sizi 8 mart – Beynəlxalq Qadınlar  Günü  münasibətilə  səmimi-qəlbdən təbrik edirik. Həyatınız hər zaman sevgi ilə dolu olsun. Arzu edirəm  ki,  su qədər təmiz, həyat qədər  canlı,  çiçək  qədər təravətli və gözəl qalasınız. Qoy məhəbbət qəlbinizdən,  təbəssüm çöhrənizdən,  sevinc  gözlərinizdən  əskik olmasın!

8 mart Qadınlar bayramı münasibəti ilə fakültənin aşağıda adları qeyd olunan əməkdaşlarının göstərilən mükafatlarla təltif olunmasını Sizdən xahiş edirəm.

Fəxri fərman

  1. b/m Həsənova Günay Kamil q – İnformatika və cəbr kafedrası
  2. Əsgərova Sona Musa q-Metodist

Təşəkkür

  1. b/m Zeynallı Fərəh Məmməd q- İnformatika və cəbr kafedrası
  2. m.Rəhimova Lalə Kamal q- İnformatika və cəbr kafedrası

Pul mükafatı

  1. b/m Qənbərova Sahibə İbrahim q – İnformatika və cəbr kafedrası
  2. b/m Əsgərova Tamella Əhməd q – İnformatika və cəbr kafedrası
  3. b/m Abbasova Samirə Vaqif q- Ümumi riyaziyyat kafedrası
  4. m.Mehdiyeva Fidan Şahin q – Riyazi analiz kafedrası

Əziz xanimlar, bayramınız mübarək olsun!