Novruz Bayramı

  Qədim bayramlarımızdan olan Novruz milli həyat və məişətin elə ulu qaynaqları ilə bağlıdır ki, onları bir müşahidə, bir araşdırma ilə öyrənib başa çıxmaq mümkün deyildir. Novruz sərhədləri aşdıqca, millətlər və xalqların bəşəri bayramına çevrildikcə, hərə bu bayramı öz milli məişəti ilə bağlamağa çalışmış və beləliklə Novruz haqqında Şərq dünyasında müxtəlif mülahizələr, adət-ənənələr, mərasimlər, əfsanələr, […]

Davamı

Qanlı YANVAR

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş […]

Davamı

İLİN TƏLƏBƏSİ

28.11.2015 tarixdən başlayaraq 25.12.2015-ci il tarixə qədər davam edən Gəncə Dövlət Universitetinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi “İlin Tələbəsi” müsabiqəsi yekunlaşmışdır. Riyaziyyat-informatika fakültəsinin İnformatika müəllimliyi ixtisasının tələbəsi Əmirzadə Vüsalə Əlizadə qızı “İçtimai fəallıq” nominasiyası üzrə qalib seçılərək İLİN  TƏLƏBƏSİ diplomuna layiq görülmüşdür. Bütün fakültənin professor-müəllim heyəti və tələbələr onu ürəkdən təbrik edir.

Davamı

Ümumşəhər iməcliyi

Qarşıdan Azərbaycanlıların Həmrəylik Günü və Yeni il Bayramı gəlir. Bununla əlaqədar olaraq Gəncəlilər bayram günləri ərəfəsində şəhərin müxtəlif bölgələrində 50 mindən çox ağac və müxtəlif bəzək kolları əkmişlər. Şəhərin təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər və idman idarəsi, eləcə də istehsalat müəssisələri kollektivlərinin üzvləri böyük həvəslə iməciliyə çıxmış, yaşadıqları ərazilərdə yaşıllaşdırma işləri aparmışlar.

Davamı

Yeni 2016 il

Əziz Universitetimizin və eləcədə riyaziyyat-informatika fakültəsinin professor-müəllim heyəti. Sizin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasibətilə ürəkdən təbtik edirik. Sizlərə uzun ömür və can sağlığı arzulayırıq.

Davamı