RİYAZİYYAT-İNFORMATİKA FAKÜLTƏSİNDƏ MONİTORİNQ KEÇİRİLDİ

Universitetimizdə təhsilin keyfiyyətinin artırılması məqsədi ilə monitorinq keçirilir. 01.11.2023-cü il tarixində Dos.Allahverdi Quliyevin rəhbərliyi ilə Universitet üzrə yaradılmış monitorinq qrupu Riyaziyyat-informatika fakültəsinin II növbənin 1-ci saatında olan dərslərdə aparılmişdir. Əvvəlcə dos. Allahverdi Quliyev monitorinq qrupunun üzvləri ilə qisa iclas keçirdi. Sonra monitorinq qrupu dərslərdə iştirak etdilər. Monitorinq üzvləri mühazirə, seminar, praktik məşğələ, laboratoriya dərslərində fənn proqramları, fənnin sillabusları, mühazirə və praktik məşğələlərin mövzularını və jurnalları yoxladılar. Dərslər bitdikdən sonra fakültənin dekan müavini r.f.d.R.Məmmədovun iştirakı ilə nəticələr müzakirə olundu. Yekunda dekanlıqda monitorinqin nəticələri müzakirə edildi, irad və təkliflər eşidildi və müvafiq qərar qəbul olundu.