“Xətti bircins olmayan sistem. Sabit əmsallı xətti bircins sistemin ümumi həllinin qurulması” mövzusunda açıq dərs keçirilmişdir.

1 dekabr 2022-cı il tarixdə Riyazi analiz kafedrasının dosenti Tahir Məmmədovun Riyaziyyat və İnformatika müəllimliyi 4 kursunda Adi diferensial tənliklər fənnindən açıq mühazirə dərsi keçirilmişdir. “Xətti bircins olmayan sistem. Sabit əmsallı xətti bircins sistemin ümumi həllinin qurulması” mövzusunda açıq dərsin məqsədi Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrinə n tərtibli xətti diferensial tənliklərin bircins və qeyri bircins hallarında ümumi həllərini qurulması qaydasını öyrətməkdir. Eləcədə yüksək tərtibli xətti diferensial tənliklərin həllərinin qurulması və araşdırılmasını tələbələrə öyrətmək və bu düsturların tətbiqi etmək vərdişlərinə yiyələndirməkdir. Dərsdə dekan müavini r.f.d. R.Məmmədov, dos.Z.Abbasov, dos.N.Neymətov, müəllim B.Vəliyeva, müəllim G.Yusifova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.