Category Archives: Xəbərlər

“Birtərtibli xətti diferensial tənliklər. Bernulli və Rikkati tənliklərinə aid misallar” mövzusunda açıq dərs keçirildi

14 mart 2025-ci il tarixdə Riyazi analiz kafedrasının müəllimi Bahar Vəliyevanın Riyaziyyat müəllimliyi ixtisasının 2-2 kursunda Adi diferensial tənliklər fənnindən açıq praktik məşğələ dərsi keçirildi. Açıq dərs “Birtərtibli xətti diferensial tənliklər. Bernulli və Rikkati tənliklərinə aid misallar” mövzusunda oldu. Ümumiyyətlə, diferensial tənliklər kursu riyazi fənlər arasında mühüm yer tutur. Adi diferensial tənliklər fənninin məqsədi ixtisas

Daha ətraflı

“Elm günü”nə həsr olunmuş seminar keçirildi

13 mart 2025-ci il tarixdə Riyaziyyat – informatika fakültəsinin İnformatika və Cəbr kafedrasında tələbələrin iştirakı ilə “Elm günü”nə həsr olunmuş seminar keçirildi. Seminarda Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələri Əlbəndov Fərid və Həsənova Şəhla “Süni intellekt və onun təhsildə tətbiqləri” mövzusunda məruzələr etdilər. Seminarda kafedra müdiri dos. İlqar Cabbarov və kafedranın əməkdaşları iştirak etdilər.

Fakültəmizin tələbəsi Mərkəzi Bankın keçirdiyi müsabiqədə qalib olub

     Azərbaycan Respublikasının Mərkəzi Bankı və Mastercard Beynəlxalq Korporasiyası 2 oktyabr-30 noyabr 2024-ci il tarixlərində Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı ayına həsr olunan tələbələr arasında “Rəqəmsal ödənișlər və elektron bankçılıq xidmətləri” virtual kursu üzrə müsabiqə elan etdi. Gəncə Dövlət Universiteti tərəfindən müsabiqəyə  koordinator İnformasiya resurslarının formalaşması şöbəsinin müdiri Aynur Qasımova təyin olundu.  Universitetin tələbələri

Daha ətraflı

“Proyektiv müstəvi üzərində ikitərtibli xətlər. İkitərtibli xətlərin proyektiv təsnifatı” mövzusunda açıq dərs keçirildi

10.03.2025-ci il tarixində Riyaziyyat-informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının baş müəllimi Ülkər Qurbanovanın Riyaziyyat müəllimliyi ixtisasının 1-ci kursunda Analitik həndəsə-2 fənnindən “Proyektiv müstəvi üzərində ikitərtibli xətlər. İkitərtibli xətlərin proyektiv təsnifatı” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən fənnin tədrisinin yüksək ixtisaslı müəllim kadrlarının hazırlığı prosesində iştirak etmək və orta məktəb həndəsə kursunda qarşıya

Daha ətraflı

“Ədəd anlayışı və onun genişləndirilməsi” mövzusunda açıq dərs keçirildi

06 mart 2025-ci il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Afət Qurbanovanın Riyaziyyat müəllimliyi 2 kursunda Məktəb riyaziyyat kursunun elmi əsasları fənnindən açıq mühazirə dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Ədəd anlayışı və onun genişləndirilməsi”-dır. Açıq dərsdə keçmiş mövzular haqqında tələbələrlə sual-cavab aparıldı. Dərsin məqsəd tələbələrə natural ədədlər sistemi ilə mənfi olmayan ədədlər sistemini araşdırmaq və onların

Daha ətraflı

“Mexaniki iş, güc, enerji. Enerjinin saxlanma qanunu. Kosmik sürətlər” mövzusunda açıq dərs keçirildi

06.03.2025-ci il tarixində Fizika və texniki fənlər fakültəsinin Ümumi fizika kafedrasının baş müəllimi, f.f.d. Sevinc İmanovanın Kompüter elmləri ixtisasının 1-ci kursunda Ümumi fizika fənnindən “Mexaniki iş, güc, enerji. Enerjinin saxlanma qanunu. Kosmik sürətlər” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən fizikanın əsas prinsipi və qanunlarını, onların riyazi ifadələrini tələbələrə çatdırmaqdır. Əsas fiziki hadisələr,

Daha ətraflı

“Python, lüğətlər və onlarla iş” mövzusunda açıq mühazirə dərsi keçirildi.

05.03.2025-ci il tarixində Riyaziyyat-informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının baş müəllimi Şəkər Babayevanın Kompüter elmləri ixtisasının 1-ci kursunda Proqramlaşdırmanın əsasları-2 fənnindən “Python, lüğətlər və onlarla iş” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən lüğətlərin operatorları, onlarla bağlı funksiyalar və onların metodları ilə işləməyi tələbələrə öyrətməkdir. Müəllim lüğətlərin istifadəsi ilə müxtəlif məsələlərin həlli üçün

Daha ətraflı

“Cəmin, fərqin, hasilin, kökün, qüvvətin mütləq və nisbi xətaları. Onlara aid misallar” mövzusunda açıq dərs keçirildi

04 mart 2025-ci il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Ramidə Həsənovanın Riyaziyyat və İnformatika müəllimliyi 3-1 kursunda Hesablama riyaziyyatı fənnindən açıq praktik məşğələ dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Cəmin, fərqin, hasilin, kökün, qüvvətin mütləq və nisbi xətaları. Onlara aid misallar”-dır. Açıq dərsdə mövzu haqqında tələbələrlə sual-cavab aparıldı. Məqsəd tələbələrə cəmin, fərqin, hasilin, kökün, qüvvətin mütləq

Daha ətraflı

“Qədim Yunanıstan və Romada tərbiyə, məktəb və pedaqoji fikir” mövzusunda açıq dərs keçirildi

28 fevral 2025-ci il tarixdə Ümumi pedaqogika kafedrasının müəllimi Tura Əliyevanın Riyaziyyat – informatika fakültəsində Riyaziyyat və iformatika ixtisasının II kursunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin mövzusu: “Qədim Yunanıstan və Romada tərbiyə, məktəb və pedaqoji fikir”-dir. Mövzuda tələbələrə Qədim Yunanıstan, Afina və Roma haqqında geniş məlumat verildi. Əvvəlcə Qədim Yunanıstanda mövcud olmuş tərbiyə sistemi,

Daha ətraflı

Fakültə Elmi Şurası keçirildi

 28 fevral 2025-ci il tatixdə saat 11:00-da  Fakültə Elmi Şurasının növbəti iclası keçirildi GÜNDƏLİK MƏSƏLƏLƏR: Fakültə dekanı dos. O.M.Hüseynov çıxış edərək gündəlikdə olan məsələlər haqqında məlumat verdi. Hər bir məsələ ayrı-ayrılıqda müzakirə olunaraq səsə qoyuldu və yekdilliklə qəbul olundu.