“Dövrü strukturlu alqoritmlərin Pyhton dilində proqramlaşdırılması” mövzusunda açıq dərs keçirildi

21.04.2025-ci il tarixində Riyaziyyat-informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının müəllimi Lalə Rəhimovanın Riyaziyyat və informatika müəllimliyi ixtisasının 2-2-cü kursunda Proqramlaşdırma dilləri-1 fənnindən “Dövrü strukturlu alqoritmlərin Pyhton dilində proqramlaşdırılması” mövzusunda açıq laboratoriya dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən tələbələrdə Python-da proqramlaşdırma bacarıqlarını inkşaf etdirilməsidir və konsoldasiyasıdır. Məlumatların təhlili və təqdimatı üçün güclü praktik vərdişlərin yaradılmasıdır. Müəllim slaydla izahat verdi və Python-da tələbələrlə birlikdə proqram quraraq izahat verdi. Açıq dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, kafedra müdiri dos.İlqar Cabbarov, prof.Orcəli Rzayev, dos.Sübhiyyə Zeynallı, dos. Nərgiz Tağıyeva, dos.Gülmira Verdiyeva, dos.Nazim Neymətov, b.m.Bəsti Cəfərova, p.f.d.,b.m.Esmira Cəfərli, müəl.Səbinə Babayeva, müəl.Leyla Mehdiyeva və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda açıq dərs müzakirə olundu.