


14.04.2025 tarixində saat 12.00-da Riyaziyyat-İnformatika fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Riyaziyyatın tarixi inkisaf mərhələləri” mövzusunda Seminar keçirildi. Seminarda Fakultə dekanı dos.Oruc Hüseynov, Tədris məsələləri üzrə dekan müavini R.F.D Rauf Məmmədov, Humanitar məsələlər üzrə dekan müavini T.F.D., b.m.Nurəngi Bəşirova, Riyazi analiz kafedrasının müdürü prof. Orcəli Rzayev, Ümumi riyaziyyat kafedrası müdürü dos.Sübhiyyə Zeynallı, Ümumi riyaziyyat kafedrasının dosenti Üzeyir Əfəndiyev, Riyazi analiz kafedrasının dosenti Nazim Neymətov, Tələbə Həmkarlar Təşkilatı sədri Leyla Paşayeva, Tələbə Elmi Cəmiyyətinin sədri Familə Səfərova, Tələbə Elmi Cəmiyyəti sədr müavini Bərzami Eyvazov, Tələbə Gənclər Təşkilatının sədri Əli İsmayılov və fakultənin 1 kurs tələbələri iştirak etdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Riyaziyyat müəllimliyi 1 kurs tələbəsi Quliyeva Dərya iştirakcıları salamladı və tədbiri açıq elan etdi. İştirakcılar məşhur riyaziyyatcıların həyat və yaradıcılığını əks etdirən slayd nümayiş etdilər. Məruzəçilər müəllimlərin suallarını cavablandırdılar. Tədbirdə Kompüter Elmləri 1 kurs tələbəsi Bərzami Eyvazovun tərtib etdiyi videoçarx nümayiş olundu. Tədbirin sonunda Fakultə dekanı dos. Oruc Hüseynov çıxış edərək, tələbələrə təşəkkürünü bildirdi, bu cür tədbirlərin təkrarlanmasını təklif etdi.