




18 aprel 2025-ci il tarixdə Riyazi analiz kafedrasının t.f.d., baş müəllimi Nurəngiz Bəşirovanın Riyaziyyat və informatika müəllimliyi ixtisasının 2 kursunda Riyazi analiz-4 fənnindən açıq mühazirə dərsi keçirildi. Açıq dərs “İkiqat inteqral. İkiqat inteqralın xassələri və hesablanması” mövzusunda oldu. Ümumiyyətlə, riyazi analiz-1 kursunda tələbələrin mənimsənildiyi birdəyişənli funksiyalarda inteqrallarla bağlı qoyulmuş bütün məsələlər riyazi analiz-4 fənnində ikiqat inteqrallarla ümumiləşdirilir. Müəllim əvvəlcə frontal sorğu aparmaqla keçmiş mövzuları təkralatdı. Sonra isə yeni mövzunu daha geniş şəkildə izah etdi. Açıq dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, kafedra müdiri prof.Orcəli Rzayev, dos.Sübhiyyə Zeynallı, dos. Nazim Neymətov, dos.Gülmira Verdiyeva, dos.Nərgiz Tağıyeva, elmlər doktoru Sabir Həsənov, dos.Zəfər Abbasov, b.m.Səbinə İbrahimova, p.f.d., b.m.Esmira Cəfərli, müəl.Bahar Vəliyeva, müəl.Fidan Mehtiyeva və kafedranın digər əməkdaşları iştirak etdilər. Açıq dərs sonda müzakirə edildi.