“XII əsrə qədər Azərbaycanda tərbiyə. XI-XIII əsrlərdə Azərbaycanda məktəb və pedaqoji fikir” mövzusunda açıq dərs keçirildi

17 aprel 2025-ci il tarixində Ümumi pedaqogika kafedrasının baş müəllimi Afina Allahverdiyevanın İnformatika müəllimliyi II kursunda Pedaqogika-2 fənnində “XII əsrə qədər Azərbaycanda tərbiyə. XI-XIII əsrlərdə Azərbaycanda məktəb və pedaqoji fikir” mövzusunda açıq seminar dərsi keçirildi. Fənnin əsas məqsədi pedaqogika tarixinin nəzəri əsaslarını, görkəmli şəxsiyyətlərin fikirlərini, məktəbin meydana gəlməsini, tarixi köklərini, təlim-tərbiyə nəzəriyyələrini, məktəbin idarə olunması və ona rəhbərliyin forma və metodlarını tələbələrə təqdim etmək və öyrətməkdir. Açıq dərsdə tələbələr sual cavabda aktiv iştirak edərək, öz düşüncələrini paylaşdılar. Sonra tələbələr hazırladıqları slaydları təqdim etdilər. Dərsdə fakültə dekanı dos. Hüseynov Oruc, Ümumi riyaziyyat kafedrasının müdiri dos. Zeynallı Sübhiyyə, dos.Neymətov Nazim, Ümümi pedaqogika kafedrasının p.f.d.,b.m.Tura Əliyeva, b.m.Həsənova Aytən, müəllim Bayramova Lalə, müəllim Əliyeva Pərvanə və kafedranın digər əməkdaşları lştirak etdilər.