




16 aprel 2025-ci il tarixində Ümumi Riyaziyyat kafedrasında “Riyaziyyatın inkişafetdirici təlimində nağılların rolu”
mövzusunda seminar keçirildi. Məruzəçilər: p.ü.f.d. Vüsalə Qarayeva və müəl.Mətanət Həsənova. Seminarda
İnkişafetdirici təlimin tarixi qədimliyindən danışıldı. Bu təlim təlimin qabaqlayıcı inkişaf prinsipinin məhsuldar şəkildə həyata keçirilməsidir. İnkişafetdirici təlim təlimin yeni aktiv fəaliyyət üsuludur. Həmin təlim inkişaf qanuna uyğunluqlarını nəzərə alır və ondan istifadə edir, fənnin səviyyəsini nəzərə alır və onun qabiliyyətinə uyğunlaşdırır. Riyazi nağıllar həndəsə məzmun xəttinin öyrənilməsinə hazırlayır, bu da inkişaf etmiş təfəkkür, təklif olunan situasiyanı, qərar qəbul etmək üçün lazım olan informasiyanı üzə çıxarır və onu araşdırır. Seminarda fakültə dekanı dos.Oruc Hüseynov, Riyazi Analiz kafedrasının müdiri prof.Orcəli Rzayev, dos. Nazim Neymətov, Ümumi riyaziyyat kafedrasının müdiri dos. Sübhiyyə Zeynallı və fakültənin bütün əməkdaşları iştirak etdilər. Sonda məruzəçilər verilən sualları cavablandırdılar.