






22 aprel 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsində 2025-2026-cü tədris ilində keçiriləcək “Seçmə fənlər”lə bağlı tələbələr arasında fənn seçimlərinə start verildi. Fakültə dekanı dos.Oruc Hüseynov, dekan müavini Rauf Məmmədov, Riyazi analiz kafedrasının müdiri prof.Orcəli Rzayev, Ümumi riyaziyyat kafedrasının müdiri dos.Sübhiyyə Zeynallı, fənn müəllimləri Şərafət Hüseynova, Cəbərrüd Məmmədova, Nazim Neymətov, Nurəngiz Bəşirova, tyutorlar Günay Yusifova, Leyla Bədəlova tədbirdə iştirak etdilər. Fənn müəllimləri tələbələrə tədris edəcəkləri fənlər haqqında qısaca məlumat verdilər. Sonra tələbələr gizli səsvermə yolu ilə gələn tədris ilində keçəcəklər fənlərin seçminə başladılar.