6.12.2023 tarixində İnformatika və cəbr kafedrasının dosenti M.A.Həsənovanın “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının II kursunda “İnformatikanın nəzəri əsasları” fənni üzrə “Pythonda operatorlar” mövzusunda açıq mühazirə dərsi keçirildi. Dərsin məqsədi tələbələrdə proqramlaşdırma kompetensiyalarını formalaşdırmaq məqsədilə baxılan proqramlaşdırma mühitinin operatorlarının iş prinsiplərini göstərmək idi. Təlim zamanı qarşıya qoyulan məqsədə nail olmaq üçün yaradıcı təfəkkürü inkişaf etdirən müxtəlif səpkili riyazi məsələlərin həll proqramlarının tərtibi məsələlərinə də baxılmışdır.