“Multimedia texnologiyasının aparat vasitələri” mövzusunda açıq mühazirə dərsi keçirildi

12.12.2023 tarixində İnformatika və cəbr kafedrasının b.m.Samirə Babayevanın “İnformatika müəllimliyi” ixtisasının III kursunda “Kompüter şəbəkələri və multimedia texnologiyaları” fənni üzrə “Multimedia texnologiyasının aparat vasitələri” mövzusunda açıq mühazirə dərsi keçirildi. Dərsin məqsədi tələbələrə müasir multimedia qurğuları və onların iş prinsiplərini öyrətməkdir.

Dərsdə kafedra müdiri dos.İ.Cabbarov, b.m.İ.Zeynalova, b.m.Ş.Babayeva, müəllim L.Rəhimova və digər kafedra əməkdaşları iştirak etmişlər. Açıq dərs müzakirə edilərək yüksək qiymətləndirilmişdir..