Tələbələrimizin uğurları

4 noyabr 2023-cü il tarixindən Gəncə Dövlət Universitetində 8 noyabr – Zəfər gününə həsr olunmuş spartakiada keçirilir. Spartkida Riyaziyyat – informatika fakültəsinin tələbələri fəal iştirak edərək, müvafiq idman növlərinə görə ugurlar əldə etmişlər. Dama yarışlarında fakültəmizində tələbələrindən ibarət komanda birinci yeri qazanmışlar. Komandanın üzvləri İsmayılov İnqilab, Məmmədli Rəvan, Muradova Nuray fəxri fərmanlarla təltif olunmuşlar. Şahmat yarışlarında Muradova Nuray, Vəliyeva Nərgiz, İsmayılov Xəlildən ibarət komandamız ikinci yerə çıxmışlar. Futbol yarışmasında fakültənin tələbərindən ibarət komanda üçüncü yerə layiq görülmüşlər. Komandanın üzvləri – Əliyev Kənan, Nəzərov Fərid, Qəhrəmanov Teymur, Carqalayev Nicat, Namazov Niyazi, Əliyev Əli, Mahmudov Elmir, İsmayılov Mənsur olmuşlar. Voleybol idman növü üzrə yarışmalarda komandamız 3-cü yerə layiq görülmüşlər. Komandanın üzvləri İsmayılov Əli, Məmmədli Rəvan, Musayev Maksim, Abdulzadə Tunar, İsmayılov İnqilab, Zamanlı Süleyman, İmanov Nicat, Qurbanlı Sadiq olmuşlar. Masaüstü tennis üzrə Məmmədli Amin, Atayeva Cəmilə, Məmmədov Riyaddan ibarət komandamız ikinci yerə çıxmışlar. Gülləatıcılığı üzrə İsmayılov Əli, Zamanlı Süleyman və Abbasova Ayişədən ibarət komandamız üçüncü yerə layiq görülmüşlər. Komanda üzvləri diplom və medallarla təltif olunmuşlar.