25 oktyabr 2024-cü il tarixdə Informatika və cəbr kafedrasının müəllimi Günel Novruzovanın Riyaziyyat və İnformatika müəllimliyi 3 kursunda Tətbiqi program paketləri fənnindən laboratoriya dərsi keçirilmişdir. “Microsoft Word mətn redaktorunda iş” mövzusunda keçirilən açıq dərsin məqsədi mətn redaktorları arasında özünəməxsus yer tutan Word proqramı haqqinda ümumi məlumat verildi. Microsoft Word 2010 mətn prosessorunun işə salınması, program pəncərəsi və onun əsas komponentləri, mətnin daxil edilməsi və redaktəsi, mətn fraqmentinin yerinin dəyişdirilməsi, Lent tabları və onun lent qrupları.Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, kafedra müdiri dos.İ.Cabbarov, dos.G.Verdiyeva, b.m.I.Zeynalova, b.m.F.Zeynalli, müəl.İ.Budaqov, müəl. L.Rəhimova və kafedranın digər əməkdaşları iştirak etdilər.