12 DEKABR ÜMUMMILLI LIDER HEYDƏR ƏLIYEVIN ANIM GÜNÜDÜR

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq

Read More

AÇIQ DƏRS

10 dekabr 2018-ci il tarixində Riyazi analiz kafedrasının baş müəllimi, t.f.d Bəşirova Nürəngiz Firuz qızının açıq dərsi keçirilmişdir. Dərs III kurs Riyaziyyat və informatika müəllimliyi ixtisasında Riyazi analiz fənnindən olmuşdur. Açıq dərsin mövzusu “Səth inteqralları və onların hesablanması”. Açıq dərsdə fakültə dekanı dos.O.Hüseynov, Riyazi analiz kafedrasının müdiri dos.A.Hüseynov, fəxri professor M.Sadıqov, Fakültə Metod Şurasının sədri

Read More

AÇIQ DƏRS

27 noyabr 2018-ci il tarixində Riyazi analiz kafedrasının baş müəllimi, r.f.d Neymətov Nazim Əsədulla oğlunun açıq dərsi keçirilmişdir. Dərs III kurs İnformatika müəllimliyi ixtisasında Riyazi məntiq fənnindən olmuşdur. Açıq dərsin mövzusu “Predikatlar cəbrində düsturların eynigüclülüyü. Əsas eynigüclülüklər”. Açıq dərsdə Rektorun səlahiyyətli nümayəndəsi Fəxri prof.Ə.U.Quliyev, dos.C.İbrahimov, dos.Ü.Əfəndiyev, Riyazi analiz kafedrasının müəllim dos.Z.Abbasov, b.m., r.f.d. T.Məmmədov, b.m.N.İsmayılov,

Read More

Gəncə Dövlət Universitetinin 80 illiyi qarşısında

Gəncə Dövlət Universitetinin 80 illiyi qarşısında Gəncə Dövlət Universitetinin bu günü və sabahı Hazırda Respublikamızda qabaqcıl yerlərdən birini tutan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Bu Universitet zəngin bir tarixi yol keçmişdir. Əsası 14 aprel 1938-ci ildə qoyulmuş və Respublika Xalq Komissarları Sovetinin qərarı ilə İkillik Müəllimlər İnstitutu adı ilə fəaliyyətə başlamışdır. 1943-cü ilin

Read More

Seymur Meşaik “Uluslararası Mersin Sempozyumu”nda

1-3 noyabr 2018-ci il tarixində, Türkiyə Cumhuriyyətinin Mersin Universitetində,“Dünya Multidisipliner Araştırmalar Sempozyumu” adı altında 1. Uluslararası Mersin Sempozyumu təşkil edilmişdir. Gəncə Dövlət Universitetinin əməkdaşı, Həndəsə və Cəbr kafedrasının baş müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Seymur Meşaik həmin simpozyumda yaxından iştirak etmişdir. Riyaziyyat elminin diskret riyaziyyat, cəbr və riyazi məntiq sahəsində araşdırmalar aparan əməkdaşımız “İkiqiymətli məntiq

Read More

12 NOYABR – KONSTİTUSİYA GÜNÜ

12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Belə ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul

Read More

DÖVLƏT BAYRAĞI GÜNÜ

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən

Read More

TƏBRIK EDİRİK

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin Riyaziyyat-İnformatika fakültəsinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar müəllim” Quliyev Əliqulu Umud oğlu Məmmədov Fəxrəddin Həsən oğlu “Tərəqqi” medalı  Əfəndiyev Üzeyir Qiyas oğlu Həsənov Vasif İlkan oğlu Kubışov İlqar Nadir oğlu   İlham Əliyev Azərbaycan

Read More

MONITORINQ KEÇİRİLDİ

17 oktyabr 2018-ci il tarixdə Riyaziyyat-informatika fakültəsində dos.A.İ.Quliyevin rəhbərliyi ilə iclas keçirildi. Gündəlikdə duran məsələlər: 1. Monitorinq qrupunun üzvləri ilə tanışlıq. Monitirinq qrupunun qiymətləndirmə cədvəlinin müzakirəsi və təsdiqi. Iclasda monitorinq qrupunun üzvləri, Riyaziyyat-informatika fakültəsinin dekanı dos.O.Hüseynov, tədris işləri üzrə dekan müavini dos.R.Məmmədov iştirak edirdilər. Iclasın sonunda müəyyən dəyişiklik edərək Monitirinq qrupunun qiymətləndirmə cədvəli təsdiq olundu.

Read More

AÇIQ DƏRS

11 oktyabr 2018-ci il tarixində Həndəsə və cəbr kafedrasının müəllimi Quliyeva Sevinc Bakir qızının açıq dərsi keçirilmişdir. Dərs I kurs informatika müəllimliyi ixtisasında Həndəsə fənnindən olmuşdur. Açıq dərsin mövzusu “Müstəvi üzərində düz xəttin müxtəlif tənlikləri”. Açıq dərsdə Rektorun səlahiyyətli nümayəndəsi dos.C.İbrahimov, fakültə dekanı dos.O.M.Hüseynov, Həndəsə və cəbr kafedrasının müdiri dos.İ.Cabbarov və kafedranın professor-müəllim heyəti iştirak

Read More